Keçid linkləri

2025, 07 Fevral, Cümə, Bakı vaxtı 21:35

Rusiyalı bloqqer onlayn hədəyə görə məhkum edildi


Vladislav Sinitsa məhkəmədə
Vladislav Sinitsa məhkəmədə

Rusiyalı bloqqer Milli Qvardiya üzvlərinin övladlarını Twitter-də hədələdiyinə görə beş illik həbsə məhkum edilib.

Sentyabrın 3-də Presnenski rayon məhkəməsi Vladislav Sinitsa-nı Maks Svetlov adıyla nifrəti qızışdırmaqda təqsirli bilib. Onun iyulun 31-də Twitter-də yaydığı bəyanatlarda dörd gün öncə Moskvada yürüşü zorakılıqla dağıdan güc əməkdaşlarının övladlarına qarşı qisasa çağırdığı bildirilir.


30 yaşlı bloqqer təqsirsiz olduğunu deyib. Onun sözlərinə görə, tviti yazarkən kriminal niyyəti olmayıb. O, məhkəmənin qərarından apelyasiya şikayəti verəcəyini söyləyib.

“Bu hədəni real qəbul elədim, ailəmin həyatı və sağlamlığından ötrü qorxmağa başladım. Çünki mən ictimai asayişi qorunmasında birbaşa iştirak edirdim”, – Rusiya Milli Qvardiyasının üzvü Artyom Tarasov məhkəməyə ifadəsində deyib.

İyulun 27-də Moskvada bir neçə icazəli və icazəsiz aksiya keçirilib. Nümayişə çıxanlar müstəqil və müxalifət namizədlərinin Moskva Dumasına seçkiyə buraxılmamasına etiraz edirlər.

Onlarla etirazçı ya cərimələnib, ya da icazəsiz aksiyada iştiraka görə sutkalıq həbsə məhkum edilib.

Bir neçəsi barəsində həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG