Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:41

Moskvada məhkəmə iki fəala həbs cəzası kəsib


Ivan Podkopayev məhkəmədə

Moskva məhkəməsi iki fəalı iyulun 27-də icazəsiz yürüş zamanı polisə hücumda təqsirli bilərək həbs cəzası kəsib.

Sentyabrın 3-də Tver rayon məhkəməsi Ivan PodkopayevDanila Beglets-i uyğun olaraq üç və iki il həbs cəzasına məhkum edib. Onların hər ikisi özünü təqsirli bilib.

Bu iş üzrə bir sıra fəallarla bağlı hələ qərar verilməyib.

İstintaq Komitəsi isə sentyabrın 3-də elan edib ki, beş fəala qarşı kütləvi iğtişaşlarda iştirak və hüquq-mühafizə əməkdaşlarına hücum ittihamları ləğv olunub. Həmin fəallar Sergei Abanichev, Daniil Konon, Valery Kostenok, Vladislav Barabanov və Dmitry Vasilyev-dir.

İyulun 27-də Moskvada bir neçə icazəli və icazəsiz aksiya keçirilib. Nümayişə çıxanlar müstəqil və müxalifət namizədlərinin Moskva Dumasına seçkiyə buraxılmamasına etiraz edirlər.

Onlarla etirazçı ya cərimələnib, ya da icazəsiz aksiyada iştiraka görə sutkalıq həbsə məhkum edilib.

Bir neçəsi barəsində həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG