Pekinin Moskvadakı etirazların arxasında Qərbin “müdaxiləsi”ni pisləməsi avtoritarizm oxuna əlavə dəlilləri üzə çıxarır. Ancaq öz problemlərinə görə Qərbi suçlamaq, ABŞ-ın qlobal “hegemonluğu”na son qoymaq arzularını paylaşsalar da, ikitərəfli münasibətlərdəki gərginliyi ört-basdır eləyə bilməzlər. “The Moscow Times” qəzetində Mark Galeotti yazır ki,hər iki lider ölkələrinin əhalisinin, uyğun olaraq moskvalıların və Honq konqluların liberal və qərbləşmiş elementlərinin gözləntiləri ilə mübarizə aparmaqdadır.
Onlar üçün ən asanı həmişəki kimi Qərbin kəşfiyyat agentliklərini, QHT və jurnalistləri şübhəli bilməkdir. Müəllifin fikrincə, hər iki tərəfdə siyasətçilərdən bəziləri belə buna inanmır.
Ancaq müəllifin fikrincə, bu, hələ üzdə olan versiyadır. Liberal iqtisadiyyatla avtoritar hökuməti birləşdirməyə çalışan bu iki rejim sosial medianın təzyiqi altına olan sosial demokratiyanın təhlükəsindən də yaxşı xəbərdardır.
Kimin kimə daha çox ehtiyacı var
“Daha geniş götürəndə Çin Rusiyaya, Rusiya Çinə lazım olduğundan daha çox lazımdır və nəticədə Moskva gizlicə Pekindən həm qorxur, həm də əlindən qeyzlənir. Pekin də əvəzində ona gizlicə nifrət edir”, – müəllif yazır və ticarət statistikasının bu balanssızlığı göstərdiyini vurğulayır. Belə ki, Çin Rusiyanın əsas ticarət tərəfdaşıdır: Rusiya isə Çin üçün bu sahədə onuncu yerdədir.
Rusiya Çinə nəyə görə lazımdır? Bazara görə deyil, xam material və enerjiyə görə, ağac materialından tutmuş neftinə görə. Bazara çıxış üçünsə dostluğa ehtiyac yoxdur. Pekin yaxşı bilir ki, bu günlər Rusiyaya satış və alternativ maliyyə mənbələri necə lazımdır. Bundan ötrü ancaq pul gərəkdir. Rusiyalılar da bunu bilməmiş deyil. 2014-cü ilin noyabrındakı qəddar qaz danışıqları ağlasığan deyildi. O zaman Pekin Vladimir Putinin razılaşmanı həddən artıq istəməsindən istifadə edərək çox çətin sazişi əldə etdi”, – məqalədə deyilir.
Bu arada Çin Rusiyanın Uzaq Şərqində və Moskvanın öz nüfuz dairəsi hesab etdiyi postsovet ölkələrində nüfuzunu yayır. Burada asimmetrik rəqabət gedir, Moskva səlahiyyət görüntüsü istəyir, Pekinin isə bu vecinə deyil, çünki istədiyi sövdələşmələri əldə edir. Hamı isə özünü elə aparır ki, sanki heç nə baş vermir.
“Bu isə baş verməkdədir və hamı da bunu bilir. Qərblə geosiyasi rəqabətə tıxanmış Moskvanın hal-hazırda tapdığı hər bir aktivə ehtiyacı var və Pekin də bu sıradadır.
Bu isə bir görüntü alyansıdır, mahiyyətdən çox formaya söykənir”, – müəllif vurğulayır.