Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 04:46

Azərbaycan internetin sürətində yalnız Mərkəzi Asiyadan irəlidədir


Hələ, 3 ay bundan əvvəl, mayın 10-dan “Delta Telekom LTD” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) provayderlərə internetin qiymətində təxminən 70 faizə qədər endirim ediləcəyi ilə bağlı kampaniya açıqlamışdı.

Bu barədə şirkətin saytında da məlumat verilib.

Kampaniyadan yararlanmaq istəyən provayderlər istifadəçiyə qiymətlərdə endirim etməli və satdığı internetin keyfiyyətinin yüksək səviyyədə olması barədə öhdəlik götürməli idi. Kampaniyanın mobil operatorlara da şamil ediləcəyi gözlənirdi.

Lakin bunun elan edilməsindən aylar keçməsinə baxmayaraq nə internet qiymətlərində, nə də keyfiyyətində hər hansı dəyişiklik baş verib.

“Turan” agentliyi baş verənlərin səbəbini öyrənmək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiya Nazirliyinə üz tutub.

Agentliyin məlumatına görə, nazirlikdən onlara bildiriblər ki, həmin kampaniyanı dövlət yox, "Delta Telecom LTD" MMC elan edib və bütün suallar da onlara ünvanlanmalıdır.

Delta Telekom LTD nə deyir?

"Delta Telekom LTD"- MMC-dən isə “Turan” agentliyinin sorğusuna cavab olaraq bildiriblər ki, "kampaniyanın məqsədi istifadəçilərə göstərilən internet xidmətinin keyfiyyətini yüksəltmək və qiymətlərin hər bir şəxs üçün əlçatan olmasını təmin etməkdir. Lakin şirkət kommersiya sirri haqqında qanuna istinad edərək, kampaniyadan yararlanan provayderlər barədə, hələlik, məlumat verə bilməyəcəyini qeyd edib. Bununla belə, şirkət qeyd edib ki, həmin provayderlər "tutumun artırılması üçün texniki problemləri həll etməli, qurğularını yeniləməlidirlər".

"Delta Telecom LTD" MMC-dən əlavə ediblər ki, kampaniya müddətsizdir və gələcəkdə əlavə endirimlər nəzərdə tutulur.

Agentliyin xəbərinə görə, provayderlərdən də bəziləri internetlə bağlı müxtəlif endirim kampaniyaları həyata keçirməsi barədə danışsalar da "Delta Telecom LTD" MMC-nin kampaniyası ilə bağlı suala cavab verməyiblər.

“Nazirlik göstəriş verməsə...”

"Məndə olan məlumata görə, provayderlər "Delta Telecom LTD" MMC-nin endirim kampaniyası təşəbbüsünü dəstəkləməyiblər".

Bunu isə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, Azərbaycanda internetin qiymətlərini bazar yox, bazarda xüsusi çəkiyə malik bəzi provayderlər müəyyənləşdirir:

"Azərbaycanın internet bazarının xüsusiyyəti ondan ibarətdir ki, bazarın 50 faizdən çoxunu dövlət provayderləri təşkil edir, onlar bazara nəzarət edir. Dövlət provayderləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiya Nazirliyinə tabedilər və Nazirlik göstəriş verməsə, onlar "Delta Telecom LTD" MMC-nin təşəbbüsünü dəstəkləməyəcəklər. Necə ki, dəstəkləmədilər. Digər özəl provayderlər ehtiyat edərək, bu təşəbbüsə qoşulmadılar. Ona görə də qiymətdə dəyişiklik olmayıb".

Azərbaycanda internetin qiymətləri sürətdən və limitdən asılı olaraq dəyişir. Beynəlxalq qurumlardan biri (Cable, Cable.co.uk ) tərtib etdiyi reytinqinə görə, 2018-ci ildə Azərbaycan 200 ölkənin arasında 2,52 Mbps orta internet sürəti ilə 135-ci pillədə idi.

Azərbaycanın bu göstəriciyə görə, keçmiş SSRİ respublikalarından yalnız Özbəkistan, Tacikistan, Türkmənistan və Qırğızıstandan irəlidədə olduğu bildirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG