Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 11:51

Zəvvarların dönüş tarixi açıqlanıb


Məkkə

Bu il Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların birinci qrupu ölkəyə avqustun 21-də qayıtmalıdır.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildiriblər.

İdarədən verilən məlumata görə, avqustun 21-də Bakıya ümumilikdə üç reysin təşkili nəzərdə tutulur: «Avqustun 25-nə qədər davam edəcək reyslər gün ərzində iki dəfə planlaşdırılıb».

İdarədən o da deyilib ki, zəvvarlar arasında yalnız bir nəfər, 1950-ci il təvəllüdlü Bəhmən Şükürov səhhətindəki problemlər səbəbi ilə vəfat edib.

Xatırlatma

Bu il Azərbaycandan Həcc ziyarətinə 1400 nəfərlik kvota ayrılmışdı. Həcc ziyarətinin qiyməti ötən illə müqayisədə 75 dollar artaraq, 4225 ABŞ dollarına yüksəlib. Son illər Həcc ziyarətinə gedənlərin sayında düşüş müşahidə edilir.

İslamda Həcc ziyarəti vacib şərtlərdən sayılır. Söhbət Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbənin ziyarətindən gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG