Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:08

İranlı fotomüxbirdən xəbər yoxdur


Nooshin Jafari
Nooshin Jafari

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) İran hakimiyyətini fotojurnalist, mədəniyyət müxbiri Nooshin Jafari-ni dərhal azad etməyə çağırır. O, 10 gün öncə qeyri-müəyyən ittihamlarla saxlanıb.

“İranın jurnalisti naməlum məkanda, səbəbsiz, ailəsi ilə kontakt qurulmadan bir həftədən çox saxlaması biabırçılıqdır”, – CPJ-nin Yaxın Şərq və Şimali Afrika Proqramının koordinatoru Sherif Mansour avqustun 12-də verdiyi bəyanatda bildirir.

Jafari avqustun 3-də Tehrandakı evinin qarşısında saxlanaraq bəlli olmayan yerə aparılıb. Nyu Yorkda mənzillənən media təşkilatı yayılan xəbərlərə istinadla bildirir.

İttiham irəli sürülməyib

Hakimiyyət həmin gün Jafari-nin evində axtarış da aparıb, telefonu, yaddaş kartları, kameraları daxil onlarla əşyasını müsadirə edib. Bunu İran ədliyyə sənədinin sosial mediada yayılmış fotosuna əsasən söyləmək olar.

Jurnalistə heç bir ittiham elan olunmayıb.

Mühafizəkarlara bağlı olduğu görünən sosial media hesablarında yayılmış ittihamlara görə, Jafari “dövlətə qarşı” hesab işlədib.

CPJ Jafari-yə yaxın bir şəxsə istinadla yazır ki, jurnalistin “Twitter daxil olmaqla sosial mediada hər hansı şəxsi, yaxud ictimai hesabı olmayıb”.

Jafari 2009-cu ildə də saxlanmışdı, onda islahatçı Etemad qəzeti üçün çalışırdı.

CPJ-nin 2018-ci il dekabrın 1-dək yaydığı illik həbsxana indeksinə görə, İranda səkkiz jurnalist işilə əlaqədar həbs olunub.

Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) 2019-cu il Mətbuat Azadlığı İndeksində İran 180 ölkə içində 170-ci yerdədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG