Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:12

Saxta sosial media hesabları İranı ‘təbliğ edib’


İllüstrativ foto

Saxta sosial media hesabları şəbəkəsi ABŞ-ın siyasi namizədləri və jurnalistlərinin adlarından istifadə edərək 2018-ci il konqres seçkiləri zamanı İranı dəstəkləyən və ABŞ Prezidenti Donald Trump-a qarşı mesajlar yayıblar. Bunu Kaliforniyada mənzillənən kibertəhlükəsizlik firması bildirir.

FireEye adlı şirkət hesabatında bildirib ki, sosial media platformalarında İranın maraqlarını yaymaq məqsədilə dezinformasiyanın inkişaf edən metodlarını sənədləşdirib.

Tədqiqatçıların bildirməsinə görə, tapıntılar, çox güman, İran hökumətinin dəstəklədiyi qeyri-müəyyən qrupların amerikalı seçicilərin fikrinə təsir göstərmək niyyətilə sosial media platformalarında necə manipulyasiya etdiyini göstərir.

FireEye kampaniyanın bir sıra saxta hesablar vasitəsilə təşkil olunduğunu deyir. Bu sıraya Twitter və Facebook hesabları daxildir.

Hesabların çoxu 2018-ci ildə yaradılıb və o vaxtdan bağlanıb.

Twitter və Facebook mayın 28-də platformalarında saxta hesabların yaradılması ilə bağlı FireEye təşkilatının hesabatını təsdiqləyib. Facebook 51 səhifənin, yeddi qrupun, üç Instagram hesabının bağlandığını açıqlayıb. Həmin hesablar coğrafi baxımdan İrandan qaynaqlanan “koordinasiyalı qeyri-mötəbər fəaliyyət” aparırlarmış.

Günün bütün mövzuları

XS
SM
MD
LG