Keçid linkləri

Təcili xəbərlər
2019, 25 Avqust, bazar, Bakı vaxtı 23:23

Honq Konq liderindən etirazçılara xəbərdarlıq


Carrie Lam etirazçılarla görüşür

Honq Konq lideri Carrie Lam xəbərdarlıq edib ki, Çinə məxsus bu ərazi “təhlükəli vəziyyətə” çatıb. Burada etirazlar artıq 10-cu həftəyə daxil olub.

Avqustun 13-də mətbuat konfransında Lam sakitliyə çağırıb, deyib ki, zorakılıq durumu “qayıdışı mümkün olmayan yola yönəldər”.

Ancaq o, demokratiya tələb edən etirazçılara hər hansı güzəşt vəd etməyib.

“Bir dəqiqə şəhərimizə, evimizə baxın. Onu uçuruma çəkə, parçalanmasını görə bilərikmi?” – deyən Lam yerli jurnalistlərin kəskin sualları ilə üzləşib, bir məqamda ağlamsınıb.

Etirazlar ilkin olaraq Honq Konqdan şübhəlilərin Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsinə qarşı başlayıb. Sonradan etirazçılar Lam-ın istefasını, birbaşa seçkilər, mövcud parlamentin buraxılmasını, iddia olunan polis zorakılığının araşdırılmasını tələb ediblər.

Honq Konq Çinin bir hissəsidir, ancaq onun digər regionlarından daha böyük muxtariyyəti var.

Günün bütün mövzuları

XS
SM
MD
LG