Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 20:31

Misir 17 ‘terrorçunun’ öldürüldüyünü deyir


Misirdə partlayış, 5 avqust, 2019-cu il

Misir Qahirədə 20 nəfərin həyatına son qoymuş avtomobil partlayışı ilə əlaqədar keçirilən reydlərdə 17 “terrorçu”nun öldürüldüyünü bildirir.

Daxili İşlər Nazirliyinin avqustun 8-də bildirməsinə görə, təhlükəsizlik qüvvələri paytaxt Qahirədən 80 km cənub-qərbdə yerləşən Atsa şəhərində yaraqlıların sığınacağına basqın edib, 8 nəfər öldürülüb.

Yeddi nəfər Qahirə kənarındakı Şortukda qətlə yetirilib. Qalan iki nəfər isə Qahirənin özündə öldürülüb. Onlardan biri partlayışı törətmiş avtomobili sürən şübhəli yaraqlı olub.

Polis azı bir şübhəlinin saxlandığını bildirir.

Nazirliyin məlumatına görə, öldürülən 17 nəfər qadağan olunmuş Müsəlman Qardaşlığına məxsus Hasm qrupunun üzvü olub.

Avqustun 4-də törədilmiş partlayışda 20 nəfər öldürülüb, 47 nəfər yaralanıb.

2016-cı ildən bəri Hasm qrupu Misir paytaxtında polis, rəsmilər, hakimlərə qarşı bir neçə hücuma görə məsuliyyəti üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG