Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:50

Moskvalılar etiraz aksiyalarına necə baxır


Moskvada 3 avqust etirazı
Moskvada 3 avqust etirazı

Moskvalıların üçdə bir hissəsindən çoxu etiraz aksiyalarına müsbət yanaşır. Bu qənaətə Levada sorğu mərkəzi gəlib. Mərkəz iyulun 26-dan 31-dək Vətəndaş Cəmiyyətinin İnkişafı Fondunun sifarişilə sorğu keçirib.

Respondentlərin 37 faizi etiraz aksiyalarına müsbət yanaşdığını bildirib. Onlardan 9 faizi belə tədbirlərdə öz iştirakını mümkün sayır, 2 faizi isə artıq iştirak edib. 27 faiz respondent aksiyalara mənfi, 30 faiz isə neytral yanaşır.

Sosioloqlar moskvalıların etirazlarla bağlı məlumatlılığını yüksək dəyərləndirir. Nümayişlər Moskva Dumasına seçkilərə müstəqil namizədlərin buraxılmamasına etiraz olaraq keçirilib. Respondentlərin 29 faizi hadisələri diqqətlə izlədiyini deyib, 48 faiz isə etirazlar haqda nəsə eşidib.

Qarşıdan gələn seçkilərdə moskvalıların yarıdan çoxu – 55 faizi səs verməyə hazır olduğunu söyləyib.

Sosioloqlar paytaxt sakinlərindən merin və şəhər hakimiyyətinin işini necə dəyərləndirdiklərini də soruşub. Respondentlərin 49 faizi mer Sergei Sobyaninə müsbət, 16 faizi isə mənfi yanaşdığını deyib. Hökumətə isə 30 faiz respondent yaxşı, 24 faiz pis və çox pis yanaşır.

İyulun 27-də və avqustun 3-də Moskvada hakimiyyətlə razılaşdırılmamış etiraz aksiyaları keçirilib. İştirakçılar Moskva Dumasına seçkilərə müstəqil namizədlərin qeydə alınmasını tələb ediblər. Etirazçılar seçki komissiyalarının bundan imtinasını qanunsuz sayıblar.

Hər iki aksiya kütləvi saxlamalar, administrativ həbslərlə sonuclanıb, kütləvi iğtişaşlar üzrə cinayət işi açılıb. Polis etirazçılara güc tətbiq edib, fəalların evlərində axtarışlar aparılıb.

Hüquq müdafiəçiləri və Qərb hökumətləri hakimiyyətin davranışını tənqid edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG