Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:34

Etirazçı cütlüyün valideynlik hüququnu almaq istəyirlər


Moskvada 27 iyul aksiyası
Moskvada 27 iyul aksiyası

Moskva şəhər prokurorluğu bir yaşlı oğullarını iyulun 27-də icazəsiz aksiyaya aparmış cütlüyün valideynlik hüququnu almaq istəyir.

Prokurorluğun avqustun 6-da yaydığı bəyanatda deyilir ki, adı açıqlanmayan cütlük övladlarını yürüş zamanı üçüncü şəxsə verməklə “uşağı təhlükəyə məruz qoyublar, ona fiziki və mənəvi ziyan vurublar”.

27 iyul aksiyasına çıxanlar seçki orqanlarının sentyabrın 8-də Moskva şəhər dumasına seçkiyə müstəqil və müxalifət namizədləri qeydə almamasına etiraz ediblər.

Bəyanatda oğlanın durumu haqda detallar açıqlanmır, bircə o qeyd olunur ki, onun atası paytaxtda müvəqqəti qeydiyyatda olduğundan Moskvada səs vermək hüququ yoxdur.

Məlumatda prokurorluğun 27 iyul və 3 avqust etirazlarında yaşı 18-dən az olan şəxslərin iştirakını araşdırmağa başladığı vurğulanır.

Prezident Vladimir Putinin dekabrın sonunda imzaladığı qanunda icazəsiz etirazlara, yürüş və nümayişlərə azyaşlıların cəlbinə görə administrativ cəza nəzərdə tutulur.

3 avqust yürüşündə mindən, 27 iyul aksiyasında isə 1300-dən çox adam saxlanıb.

Onlarla etirazçı icazəsiz yürüşün təşkili və onda iştiraka görə cərimələnib, ya da həbs olunub.

Bəzilərinə “kütləvi iğtişaş”da iştirak, polisə hücum ittihamları irəli sürülüb və barələrində azı sentyabrın 27-dək həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG