Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 17:18

Trump qətliam törədənlərin edamına imkan verən qanunvericilik istəyir


Donald Trump
Donald Trump

Birləşmiş Ştatlarda iki həftəsonu kütləvi atışmasının ardınca prezident Donald Trump avqustun 5-də deyib ki, ölkə bir araya gəlib “yekdil səslə irqçiliyi, dözümsüzlüyü və ağdərili hegemonluğunu” pisləmələdir:

“Belə şər ideologiyalar məğlub edilməlidir. Amerikada nifrətə yer yoxdur. Nifrət düşüncələri zəhərləyir, ürəkləri rəhmsiz edir və insan qəlbini içindən yeyir”.

Trump bu bəyanatı prezidentliyə demokrat namizədlər onu “öz ritorikası ilə irqi ixtilafı qızışdırmaqda” ittiham edəndən sonra verib. Demokratlar iddia edirlər ki, həftəsonu aşımalarına bu ritorika səbəb olub.

Trump habelə avqustun 5-də deyib ki, o Ədliyyə Nazirliyinə “nifrət cinayətləri və kütləvi qırğın törədənlərin ölüm cəzasına məhkum edilməsini təmin edən” qanunvericilik təklif etməsi üçün göstəriş verib.

Trump deyib ki , belə hökmlər cəld, qətiyyətli və lüzumsuzcasına illərlə uzadılmadan icra edilməlidir.

Prezident habelə ruhi sağlamlıq sahəsində islahatların keçirilməsinə çağırıb. Onun fikrincə bu islahatlar “ruhi cəhətdən qeyri-sabit və cinayət törətməyə potensial meylli insanların icbari müalicəsinə və yeri gəldikdə məcburi qaydada təcrid olunmasına” imkan verməlidir.

Bu arada avqustun 3-də El Pasodakı Walmart mağazasında törədilmiş atışmanın daha iki yaralısı dünyasını dəyişib və beləliklə ölənlərin sayı 22-yə çatıb.

Ertəsi gün Ohayo ştatının Deyton şəhərində baş vermis ayrı bir atışmada 9 nəfər həlak olmuşdu. Bununla da iki atışmada ölənlərin sayı 31-ə yüksəlib.

El Pasodakı hakimiyyət orqanları bildirib ki, ispandilli əhalinin yaşadığı bu sərhəd şəhərində atışmanın şübhəlisi kimi saxlanmış 21 yaşlı gəncin motivi irqçi baxışlar ola bilərdi.

***

ABŞ Prezidenti Donald Trump həftəsonu Birləşmiş Ştatlarda iki kütləvi atışmanı pisləyib, “ölkəmizdə nifrətə yer yoxdur” deyib.

Trump avqustun 4-də Nyu Cersidə jurnalistlərə deyib ki, problemi “yoluna qoyacağıq”.

O, baş prokuror, Federal Təhqiqatlar Bürosunun direktoru, Konqres üzvləri ilə danışdığını, avqustun 5-də əlavə bəyanat verəcəyini söyləyib.

El Pasoda atışmadan sonra
El Pasoda atışmadan sonra

Həftəsonu Texas ştatının El Paso və Ohayo ştatının Deyton şəhərlərində hücumlarda azı 29 nəfər öldürülüb, onlarla adam yaralanıb.

Demokrat partiyasından prezidentliyə namizədliyə bəzi iddialıları Trump-ı irqi bölücülüyü qızışdırdığını və bunun da qırğına yol açdığını deyir.

“Buna görə Donald Trump məsuliyyət daşıyır. Çünki o qorxu və nifrəti qızışdırır”, – Demokratlardan prezidentliyə namizəd, Senator Cory Booker avqustun 4-də CNN-də “State of the Union” proqramında deyib.

Xeyli sayda ispandilli əhalinin yaşadığı El Paso şəhərində 21 yaşlı bir silahlı Walmart supermarketində 20 nəfəri öldürüb, sonra təslim olub.

Hakimiyyət bu hadisənin irqi zəmində baş verdiyini bildirir, federal prokurorlar onu daxili terrorçuluq hadisəsi kimi araşdırır. Polis şübhəlinin manifest yazaraq onlayn yerləşdirdiyini bildirir və buna əsasən də hücumun irqi motivlərlə törədildiyini söyləyir.

Deytonda 24 yaşlı bir kişinin törətdiyi bildirilən hücumun isə motivi bəlli deyil. Həmin şəxs 9 nəfəri öldürəndən sonra polis onu qətlə yetirib. Öldürdüyü şəxslər içində öz bacısı da var. Barlar və restoranların çox olduğu ərazidə törədilən hücumda xeyli sayda adam yaralanıb.

Demokratların çoxu silahlara daha sərt nəzarət qanunlarının qəbuluna çağırır və respublikaçıları belə bir qanunvericiliyin qarşısını almağa çalışmaqda suçlayır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG