Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Noyabr, Cümə, Bakı vaxtı 06:37

Honq Konqda tətil qarışıqlıq yaradıb


Honq Konqda etirazçı

Avqustun 5-də səhərdən Honq Konqda demokratiya fəalların çağırdığı ümumşəhər tətili başlayıb, nəqliyyatın işində xaos yaranıb, azı 100 uçuş təxirə salınıb.

Honq Konq lideri Carrie Lam deyib ki, etiraz aksiyaları şəhəri “çox təhlükəli duruma” sürükləyir, onun suverenliyinə təhlükə yaradır. Bu arada Çin ordusu nümayişləri yatırtmağa əsgər göndərməklə hədələyib.

Etiraz liderlərinin kütləvi tətil çağırmaqda məqsədi Honq Konqrun pekinpərəst rəhbərliyinə təzyiq göstərməkdir. Artıq bir neçə həftədir Asiyanın bu vacib maliyyə mərkəzində hökumətə qarşı nümayişlər gedir.

Honq Konq 1997-ci ildə Britaniya idarəçiliyindən çıxanda “bir ölkə, iki sistem” strukturuna uyğun olaraq bu şəhərə özünün sosial, hüquqi və siyasi sistemlərini saxlamaq hüququ verilib.

Ancaq Çinin Kommunist Partiyası bu razılaşmadan getdikcə daha çox geri çəkilir, əhalinin rəğbətini qazanmayaq hüquqi dəyişikliklər edir.

Son etirazlara isə Honq Konqdan şübhəlilərin Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsi səbəb olub.

Qanun layihəsi sonucda təxirə salınıb. Ancaq etirazçılar indi birbaşa seçkilər, mövcud parlamentin buraxılmasını, Çin ərazisində iddia olunan polis qəddarlığının araşdırılmasını tələb edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG