Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 15:57

Berdymukhammedov-un 'ölüm' şayiələrinin ardınca Medvedev Türkmənistana gedir


Dmitry Medvedev (solda) və Gurbanguly Berdimuhamedov - foto 2009-cu ildə çəkilib
Dmitry Medvedev (solda) və Gurbanguly Berdimuhamedov - foto 2009-cu ildə çəkilib

Rusiyanın baş naziri Dmitry Medvedev Türkmənistan prezidentinin ölümünə dair israrlı şayiələrin yayılmasının ardınca bu ölkəyə səfər etməyi planlaşdırır.

Medvedevin mətbuat xidməti bildirir ki, baş nazir Türkmənistanda keçiriləcək Xəzər İqtisadi Forumunda iştirak etmək məqsədilə Aşqabada avqustun 11-12-də səfər edəcək.

Bu səfər əsnasında Medvedevin Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov-la görüşü planlaşdırılıb.

Xəbər verilir ki, onlar bu görüş zamanı ikitərəfli münasibətləri müzakirə edəcəklər.

Amma Türkmənistan prezidenti iyulun 5-dən bəri ictimaiyyət qarşısında görünməyib.

Onun hətta bu ölkəyə iyulun 6-da səfərdə olan Avropa İttifaqı xarici işlər komissarı Federica Mogherini ilə mümkün görüşü barədə heç bir reportajın yayınlanmaması Gurbanguly Berdymukhammedov-un öldüyünə dair şayiələri daha da gücləndirib.

Türkmən rəsmilər isə bildirirlər ki, prezident avqustun 15-dək məzuniyyətdədir.

Lakin əvvəlcədən planlaşdırılmış sözü gedən forum bu tarixdən əvvəl keçiriləməlidir.

İyulun 15-də dövlət telekanalları 62 yaşlı prezidentin öz kitabının yeni cildi üzərində işlədiyini, öz mahnılarını dinlədiyini və qız nəvələri ilə gəzdiyini görüntüləmişdi. Hərçənd bu kadrların nə vaxt çəkildiyi aydın olmurdu.

İnsan haqları qrupları Türkmənistanın dünyanın ən qapalı ölkələrindən biri olduğunu deyirlər.

Onların fikrincə bu ölkədə insan haqları kobud şəkildə pozulur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG