Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:50

İrkutskdan mindən çox adam köçürülüb


İrkutsk, arxiv fotosu

Rusiyanın Sibir vilayətinin İrkutsk regionundan daşqınlara görə mindən artıq adam köçürülüb.

Fövqəladə Hallar Nazirliyinin regional bölməsinin iyulun 29-da yaydığı bəyanatda qeyd olunur ki, bir gün öncə regionda altı rayon su altında qalıb.

“615-i uşaq olmaqla, 1076 nəfər köçürülüb. Hazırda səkkiz uşaq daxil 41 nəfər müvəqqəti məkanlarda qalır”, – bəyanatda deyilir.

İyunun sonundan çayların səviyyəsinin artmasıyla başlanan daşqınlarda 42 min 700 nəfərin yaşadığı 11 minədək evə ziyan dəyib, TASS xəbər agentliyi yazır.

11 bölgədə suyun səviyyəsi 16 millimetrdən 150 millimetrədək qalxıb.

Daşqınlarda 25 nəfərin həlak olduğu, yeddi nəfərin itkin düşdüyü bildirilir.

Ən böyük ziyan Tulun bölgəsinə dəyib, 65-i uşaq olmaqla, 449 nəfərin yaşadığı 123 ev su altında qalıb. Tulunda 200-dək ev boşaldılıb.

Bəyanatda iyulun 29-na “güclü, davamlı leysan yağışlar, tufan” proqnozlaşdırılır, azı dörd ərazidə çaylarda suyun səviyyəsinin “kritik hədd”ə çatacağı vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG