Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:38

Sarımsaq festivalında azı 3 nəfər öldürülüb


Hadisə zamanı
Hadisə zamanı

Kaliforniyada ərzaq festivalında azı 3 nəfər öldürülüb, 12 nəfər yaralanıb. İyulun 28-də festivalda naməlum şəxs iştirakçılara atəş açmağa başlayıb.

Gilroyda yerli şura üzvü Dion Bracco-nun “The Associated Press” agentliyinə deməsinə görə, bunlar hələ ilkin rəqəmlərdir.

Agentlik hadisə yerində federal agentlərin işlədiyini bildirir.

Bir şahid NBC news-a atəş açanın 30 yaşlarında bir ağdərili olduğunu deyib.

Hadisənin ayrıntıları bəlli deyil.

Polis əməkdaşı hadisə yerində
Polis əməkdaşı hadisə yerində

Sosial mediada yayılmış videoda adamların çaşqınlıq içində qaçdığı görünür.

Bir şahidin “Reuters”ə bildirməsinə görə, adamlar “qaçmaq üçün stolları çevirib, sədləri qırıb”.

1979-cu ildən keçirilən Gilroy Sarımsaq Festivalının üçüncü, sonuncu günü idi. Bu tədbir sarımsaqlı dondurması ilə tanınır, canlı əyləncə tədbirləri, yeməkbişirmə yarışları təşkil olunur.

Gilroy San Josedən 48 kilometr cənubda yerləşir.

Tədbiri icma könüllüləri keçirir, yerli məktəblər, xeyriyyə təşkilatları, qeyri-kommersiya qurumları üçün pul toplanır.

Hər il bu festival onminlərlə ziyarətçi cəlb edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG