Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:43

Qatar qəzasında azı 20 nəfər həlak olub


Hadisə yeri

Qəzada ölənlərin sayı 20-ni keçib. Azı 78 nəfərin yaralandığı, bəzilərinin ağır vəziyyətdə olduğu bildirilir.

***

Pakistanın şərqində sərnişin qatarı relslərin üstündə saxlamış yük vaqonuyla toqquşub, azı 11 nəfər həlak olub, onlarla adam yaralanıb.

Polis rəsmisi Hafeez Bugti iyulun 11-də deyib ki, ölü sayı arta bilər, çünki azı 3 yaralının vəziyyəti ağırdır. Əzilmiş vaqonların içində sərnişinlərin qaldığı güman edilir.

Qatar ölkənin şərqindəki Lahor şəhərindən cənub-qərbindəki Baluçistan vilayətinə gedirmiş. Polis rəisi Umer Salamat-ın bildirməsinə görə, toqquşma zamanı Akbar Express qatarının mühərrikinin dağıldığı, azı üç vaqonun relsdən çıxdığı görünür.

Qəzanın səbəbi, hələlik, bəlli deyil.

Pakistanda qatar qəzaları nadir hadisə sayılmır. Xətlərin çoxu 1947-ci ildən qabaq, britaniyalılar tərəfindən çəkilib və o vaxtdan yenilənməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG