Keçid linkləri

Təcili xəbərlər
2019, 23 İyul, çərşənbə axşamı, Bakı vaxtı 21:45

Sibirdə daşqında ölənlərin sayı 24-ə çatıb


İrkutsk regionu

Rusiya rəsmiləri Sibirin İrkutsk bölgəsində daşqında 24 nəfərin öldüyünü bildirir. İyulun 10-na olan məlumata görə, doqquz nəfər itkin düşüb.

Hazırda xəstəxanalarda 116-sı uşaq olmaqla 486 nəfərin xəsarətlərdən, susuzluqdan, başqa səbəblərdən müalicə aldığı bildirilir.

Daşqın 107 şəhərə və kəndə ziyan vurub, 10 min 800 ev dağılıb, 33 min nəfər evindən didərgin düşüb.

Su çəkildikcə təmizləmə işləri davam edir.

İlkin dəyərləndirmələrə görə, daşqın 29 milyard rubl (454 milyon dollar) ziyan vurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG