Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Avqust, Bazar ertəsi, Bakı vaxtı 13:47

Yağmursuz hava gözlənilir


Günəş

İyulun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Abşeron yarımadasında gecə 19-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, amma gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir, şərq küləyi əsəcək. Gecə 20-25, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG