Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:25

ABŞ İranı əlavə sanksiyalarla hədələyir


İran Prezidenti Hassan Rouhani (öndə)
İran Prezidenti Hassan Rouhani (öndə)

İran nüvə sazişinin limitini aşaraq nüvə proqramını gücləndirməyə görə əlavə sanksiyalarla üzləşəcək. Bu xəbərdarlıqla Birləşmiş Ştatlar çıxış edib.

“İranın nüvə proqramını genişləndirməsi əlavə təcrid və sanksiyalara aparacaq”, – ABŞ Dövlət katibi Mike Pompeo iyulun 7-də tvitində yazıb.

“İqtisadi terrorçuluğa” cavab

“Ölkələr İranın nüvə proqramının zənginləşdirilməməsi ilə bağlı çoxdankı standartı bərpa etməlidirlər. Nüvə silahlı İran rejimi dünyaya daha artıq təhlükə yaradar”, – o yazıb.

Pompeo iyulun 8-də Dövlət Departamentində mətbuat konfransı zamanı birləşmiş Ştatların İranın bəyanatına mümkün reaksiyasının detallarını açıqlaya bilər.

Mike Pompeo
Mike Pompeo

İran hökumətinin sözçüsü Ali Rabiei iyulun 7-də Tehranda jurnalistlərə deyib ki, nüvə sazişində nəzərdə tutulan uran zənginləşdirmə səviyyəsini “bu gün keçəcəyik”.

Nüvə sazişi dörd il öncə ABŞ, Rusiya, Çin və Avropa ölkələri ilə imzalanıb.

Xarici işlər naziri Javad Zarif tvitində yazıb ki, Tehranın uran zənginləşdirməni gücləndirmək qərarı ABŞ-ın “iqtisadi terrorçuluğu”na cavabdır. Vaşinqton 2018-ci ildə nüvə sazişindən birtərəfli çıxaraq Tehrana sanksiyaları bərpa edib.

Zarif-in sözlərinə görə, Tehran o zaman kursunu dəyişər ki, sazişə imza atmış Avropa ölkələri öhdəliklərini yerinə yetirsinlər. Bu öhdəliklərə İranın dünya ticarətinə çıxışının təmin olunması da daxildir.

“Belə addımlar yalnız E3 öhdəliklərinə əməl edərsə mümkündür”, – yazan Zarif üç Avropa ölkəsi Britaniya, Almaniya və Fransanı nəzərdə tutub.

Mohammad Javad Zarif (sağda) almaniyalı həmkarı Heiko Maas ilə
Mohammad Javad Zarif (sağda) almaniyalı həmkarı Heiko Maas ilə

Reaksiyalar

Bundan öncə İran Xarici işlər nazirinin müavini Abbas Araqchi jurnalistlərə deyib ki, İran hər 60 gündən bir öhdəliklərinin bir qismini yerinə yetirməkdən imtina edəcək və bu sənədə imza atmış digər tərəflər Tehranı ABŞ sanksiyalarından qorumaqdan ötrü tədbir görənədək davam edəcək.

Avropa ölkələri isə dərhal İrana nüvə sazişinə əməl etməyə çağırıb.

“Britaniya sazişə tam sadiq qalır və İran öhdəliklərə uyğun gəlməyən fəaliyyəti dərhal dayandırmalıdır”, – Britaniyanın Xarici İşlər Nazirliyini iyulun 7-də bildirib.

Fransa Prezidenti Emmanuel Macron isə iyulun 6-da telefonla iranlı həmkarı Hasan Rohani danışıb, İranla Qərb tərəfdaşları arasında dialoqun bərpası yolunu tapmağa çalışdığını deyib.

İsrailin Baş naziri Benjamin Netanyahu İranın addımının həddən artıq təhlükəli olduğunu söyləyib.

Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur. ABŞ Prezidenti Donald Trump bu sazişi qüsurlu adlandıraraq ötən ilin mayında ondan çıxdığını elan edib.

Bundan bir il keçəndən sonra İran da saziş çərçivəsində öhdəliklərinin icrasını azaldacağını bildirib. İyulun 7-dən İran uranı 3,67 faizdən çox zənginləşdirməyə başlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG