Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 04:51

İran 3,67 faizdən çox uran zənginləşdirməyə başladı


İran xarici işlər nazirinin müavini Abbas Araghchi, 28 iyun, 2019, Vyana
İran xarici işlər nazirinin müavini Abbas Araghchi, 28 iyun, 2019, Vyana

İran iyulun 7-dən 3,67 faizdən çox uran zənginləşdirməyə başlayıb.

Bu hədd, 2015-ci ildə İranla aparıcı 6 dünya ölkəsi arasında imzalanmış nüvə sazişində əsas şərtlərdən biri idi.

Bu barədə “Mehr”agentliyi İran xarici işlər nazirinin müavini Abbas Araghchi-yə istinadla məlumat verir.

Araghchi qeyd edib ki, Tehran hər 60 gündən bir, üzərinə götürdüyü öhtəliklərin bir qismindən imtina edəcək.

Tehran bəyan edib ki, buna səbəb, həmin nüvə sazişinə imza atmış Avropa ölkələrinin, İranı ABŞ-ın sanksiyalarından qorumaq yönündə heç bir tədbir görməmələridir.

İran öhtəlikləri pozacağını hələ bu il mayın əvvəllərində bəyan eləmişdi.

Prezident Hassan Rohani isəiyulun 3-də ölkəsinin 3,67 faizdən çox uran zənginləşdirməyə hazır olduğunu bəyan elədi.

Associated Press agentliyinin mənbələri hesab edirlər ki, İran bir ildən də az müddətə nüvə bombası üçün lazımi qədər material əldə edə bilər.

ABŞ prezidenti Donald Trump 2018-ci ilin mayında İranla nüvə sazişindən çıxaraq ona qarşı sanksiyaları bərpa etdi və sonradan onları daha da kəskinləşdirdi.

ABŞ hakimiyyəti İranı sazişin şərtlərini pozmaqda və beynəlxalq terrorçuluğu dəstəkləməkdə ittiham edir.

ABŞ həmçinin hesab edir ki, bu günlərdə Fars körfəzi regionunda neft tankerlərinə edilmiş hücumların arxasında İran durur.

Tehran ittihamları rədd edir.

Omanda neft tankerinə hücum,13 iyun, 2019
Omanda neft tankerinə hücum,13 iyun, 2019

Buna da bax:İran Britaniya tankerini tutmaqla hədələyir

Amma bu sazişə imza atan Fransa, Almaniya, Böyük Britaniya, Rusiya və Çin, ona sadiq qalacaqlarını vəd etmişdilər.

İranla imzalanmış nüvə sazişindəTehranın nüvə proqramını dayandırması və əvəzində ona qarşı sanksiyaların ləğvi nəzərdə tutulurdu.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG