Keçid linkləri

Təcili xəbərlər
2019, 21 İyul, bazar, Bakı vaxtı 00:44

Qazaxıstanda partlayışda onlarla adam yaralanıb


Qazaxıstanda partlayış, 24 iyun 2019

Qazaxıstanın Arıs şəhərində hərbi anbarda partlayışda onlarla adam xəsarət alıb.

Müdafiə nazirinin müavini Timur Dandibaev partlayışıb səbəbinin bəlli olmadığını deyib.

Regionun paytaxtı Şimkent şəhərində xəstəxanaya dördü uşaq olmaqla 20-dək adamın yerləşdirildi bildirilir. Xəstəxana başçısı yaralılardan üçünün ağır durumda olduğunu söyləyib.

Otırar bölgəsində xəstəxanada isə 34 nəfərin müalicə olunduğu bildirilir.

Prezident Qasym-Zhomart Toqaev Facebook-da yazıb ki, Müdafiə və Daxili İşlər Nazirliklərinə, Türkistan region rəsmilərinə partlayışın səbəblərini araşdırmaq göstərişi verib.

***

Qazaxıstanın cənubundakı Arıs şəhərində hərbi anbarda partlayış olub.

İyunun 24-də baş vermiş partlayışın səbəbi bəlli deyil. Media partlayışdan sonra böyük yanğın baş verdiyini xəbərləyir.

Hələlik, itkilər barədə məlumat yoxdur.

Yerli media anbara yaxın bölgələrdə yaşayanların köçürüldüyünü yazır. Rəsmilər hadisə yerində onlarla yanğınsöndürənin işlədiyini bildirir.

Yerli sakinlərin AzadlıqRadiosu-nun qazax xidmətinə bildirməsinə görə, şəhər mərkəzindən bir neçə böyük partlayış müşahidə olunub.

Bəzi şahidlər sosial mediada partlayışlarla bağlı həvəskar videolar yerləşdiriblər. Ancaq AzadlıqRadiosu videoların həqiqiliyini təsdiqlədə bilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG