Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 02:37

Ukraynada araşdırmaçı jurnalist ölüb


Vadym Komarov

Ukraynanın mərkəzindəki Çerkası şəhərində araşdırmaçı jurnalist naməlum şəxsin hücumundan altı həftə sonra vəfat edib.

Ukrayna Jurnalistlərinin Milli Birliyinin rəhbəri Serhiy Tomilenko iyunun 20-də Facebook-da yazıb ki, Vadym Komarov mayın 4-də aldığı yaralardan dünyasını dəyişib. Jurnalistə hücum hələ araşdırılır.

“Çerkasıdakı jurnalistlər bu hücumun, indi isə qətlin əsas səbəbini Vadym Komarov-un peşəkar fəaliyyəti ilə əlaqələndirirlər. O, bir çox yerli siyasətçiləri rahatsız edirdi. Çerkasıdakı korrupsiya ilə bağlı rahatsız suallar verirdi”, – Tomilenko yazıb.

Tomilenko-nun sözlərinə görə, jurnalistlər birliyi “Ukrayna jurnalistlərinin hüquqlarının sözdə deyil, həqiqətən qorunmasını tələb etməkdədir”.

Komarov Kiyevdən 200 km cənubda yerləşən Çerkasıda hücumdan sonra əməliyyat olunub, o vaxtdan komada idi.

Beynəlxalq media azadlığı təşkilatları Kiyevi hücumu hərtərəfli araşdırmağa, cəzasız qalmamasını təmin etməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG