Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyul, Cümə, Bakı vaxtı 00:00

ABŞ-ın elçisi Fars körfəzi regionuna gedir


Brian Hook

ABŞ-ın İran üzrə xüsusi elçisi Brian Hook Fars körfəzinə səfər edərək ölkəsinin əsas müttəfiqləri ilə görüşlər keçirəcək.

Dövlət Departamentinin məlumatına görə, Hook iyunun 20-də Yaxın Şərqə yola düşəcək. O, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Oman və Bəhreyndə görüşlər keçirməlidir.

Elçi “İranın regiondakı aqqresiyasını, Oman körfəzində iki neft tankerinə son hücumlarını müzakirə edəcək”, – bəyanatda vurğulanır.

“O həmçinin İran regiona yaratdığı bir sıra təhdidlərə dair ABŞ-ın əlavə kəşfiyyat məlumatını paylaşacaq”, – departament bildirir.

Son bir ildə Vaşinqtonla Tehranın münasibətləri daha da gərginləşib. Ötən ilin mayında Birləşmiş Ştatlar İranla 2015-ci il nüvə sazişindən çıxaraq sanksiyaları bərpa edib.

Oman körfəzi və Hörmüz boğazında neft tankerlərinə hücumlar isə durumu daha da qəlizləşdirib. Vaşinqton hücumlara görə İranı ittiham etsə də, Tehran hər hansı əlaqəsi olmadığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG