Keçid linkləri

Təcili xəbərlər
2019, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 11:37

“Trump Organization” evi 13,5 milyon dollar satıb


Kiçik Donald Trump

Əvvəllər ABŞ prezidenti Donald Trump-a məxsus olmuş “The Trump Organization” Kaliforniyada, Beverli Hills-də mülklərindən birini 13,5 milyon dollar satıb.

Hazırda bu şirkətin sahibləri prezidentin oğlanları – kiçik Donald TrumpEric Trump-dır. Onlar Tudor üslubunda olan evi Hillcrest Asia Limited adlı korporativ hüquqi şəxsə satıblar. Daşınmaz əmlak reyestrində bu məlumat iyunun 12-də peyda olub.

“Trump Organization” bu evi 2007-ci ildə 7 milyon dollar almışdı. O zaman onun sahibi indiki prezident Donald Trump idi.

İkimərtəbəli ev 1927-ci ildə tikilib, Beverly Hills Hotel yaxınlığındadır. Onun beş yataq otağı, altı vanna otağı var.

Eric Trump deyib ki, atasının prezidentliyi, özlərinin gərgin qrafiki üzündən ailə son illər bu evdən minimum istifadə edib, buna görə də satmaq qərarına gəliblər.

2016-cı ildə Trump-ın vergi vəkili Wade E. Norwood bu evin dəyərinin 6 milyon dollar olduğunu deyirdi.

Bu satışdan sonra Los Anceles ərazisində “Trump Organization”a məxsus yeganə əmlak Ranço Palos Verdesdə Trump Milli Qolf Klubudur.

Günün bütün mövzuları

XS
SM
MD
LG