Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 15:00

Keçmiş qubernator 11 illik həbsə məhkum edildi


Vyacheslav Gaizer məhkəmədə

Moskva məhkəməsi Rusiyanın şimal-qərbindəki Komi Respublikasının keçmiş qubernatorunu dələduzluq, çirkli pulyuma və rüşvətalmada təqsirli bilərək 11 illik həbsə məhkum edib.

Zamoskvoretski rayon məhkəməsi iyunun 10-da çıxardığı qərarda Vyacheslav Gaizer üzərinə 160 milyon rubl (2,5 milyon dollar) cərimə də qoyub.

Gaizer 18 nəfərlə birlikdə 2015-ci ilin sentyabrında saxlanıb. Saxlananlar içində region parlamentinin keçmir spikeri, qubernatorun keçmiş müavini, bir neçə yerli biznesmen də varıydı.

İttihamnaməyə görə, Gaizer-in rəhbərlik etdiyi “kriminal dəstə” Komi regionunda bir sıra cəlbedici müəssisələrin rəhbərliyini əldə etməkdən ötrü cinayətlər törədib.

Həbs zamanı Gaizer-in ofisindən böyük məbləğdə nəğd pul, ofşor şirkətlərə aid sənədlər, bahalı qol saatları kolleksiyasının aşkarlandığı bildirilirdi.

Gaizer region rəhbərliyinə 2010-cu ildə, o vaxtkı prezident Dmitry Medvedev tərəfindən təyin olunmuş, 2014-cü ildə bu posta yenidən seçilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG