Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Rusiya məşhurları jurnalistin müdafiəsinə qalxdılar


Müğənni Zemfira
Müğənni Zemfira

AzadlıqRadiosu yazır ki, məşhur müğənni Zemfira Ramazanova Meduza nəşrinin həbs edilmiş təhqiqat jurnalisti İvan Golunovla həmrəyliyini bəyan edib.

İyunun 10-da müğənninin saytının açılış səhifəsi qara kvadrat kimi görünürdü. Onun üzərində bircə yazı vardı: “İvan Golunova azadlıq!”

Korrupsiya hallarını faş etdiyinə görə şərlənərək həbs olunduğu iddia edilən jurnalistlə həmrəyliyini sosial şəbəkələrdə habelə müğənni Delfin, Bi-2 qrupunun solisti Igor Bortnik və Severnıy flot qrupunun üzvləri ifadə ediblər.

Meduza nəşri həbsdə olan jurnalistə dəstək videomüraciətlərinin dərcini davam etdirir. Bi videolarda mədəniyyət xadimlərinin, biznesmenlərinin və ictimai xadimlərinin müraciətlərini görmək oalr.

Golunovun azadlığa buraxılmasını tələb edənlər arasında musiqiçilər Boris Grebenshikov-un, Roman Bilyk-ın, Yuri Shevchuk-un, Andrei Makarevich-in və Yevgeny Khavtan-ın, reperlər Oxxymiron və Noize MC, aktrisalar İrina Gorbacheva-nın, İngebor Dapkunaytenin, Kseniya Rappoportun, Yulia Augun və Çulpan Khamatova-nın adları var.

İyunun 10-da Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının açıq məktubunun imzalanması başa çatıb.

DİN, Baş Prokurorluq və İstintaq Komitəsinə ünvanlanmış bu məktubu bütün Rusiya boyunca 7578 jurnalist imzalayıb.

Üç qəzetin eyni başlığı
Üç qəzetin eyni başlığı

İyunun 10-da change.org saytında yerləşdirilmiş petisiyaya 150 min imza atılıb.

İyunun 10-da Rusiyanın üç aparıcı qəzeti – Vedomosti, Kommersant və RBK tarixdə ilk dəfə olaraq eyni baş məqalə ilə çap olunub. Məqlələ “Mən/Biz İvan Golunov” adlanır.

Lakin Rusiyada jurnalisti təqsirləndirən məşhur adlar da var.

Çeçenistan lideri Ramzan Kadyrov bu həmrəylik aksiyasına qatılan jurnalistləri “qeyri-vətənpərvərlikdə” və “xaricə işləməkdə” ittiham edib.

Həmkarlarını qınayanlardan biri də Rusiya telekanalının ziddiyyətli aparıcısı, mürtəce mövqeyi ilə tanınan Vladimir Solovyovdur.

Golunov-un buraxılması tələbiylə yürüş keçirəcəklər

Araşdırmaçı jurnalist Ivan Golunov-un tərəfdarları iyunun 12-də onun buraxılması tələbiylə Moskvada yürüş keçirəcəklər.

İyunun 10-da Facebook-da yerləşdirdikləri elanda bir neçə aparıcı media orqanının əməkdaşları bildiriblər ki, yürüşə görə şəhər hakimiyyətindən icazə istəməyəcəklər. Məqsəd onların əsassız və siyasi motivli saydığı ittihamların ləğvindən ötrü Rusiya hakimiyyətinə təzyiq göstərməkdir.

Təşkilatçıların bildirməsinə görə, jurnalistlər əllərində Golunov-un məqalələri tutacaqlar. Nümayişçilər jurnalistin buraxılmasını, onun üzərinə qanunsuz narkotik maddənin “atılmasına” görə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edəcəklər.

***

Golunov-a görə birgə bəyanat verdilər

Rusiyanın aparıcı qəzetlərindən üçü ön səhifələrini eyni cür hazırlayıb, araşdırmaçı jurnalist Ivan Golunov-un həbsinin motivlərinə dair suallar qaldırıblar. Jurnalistin saxlanarkən xəsarət aldığı bildirilir.

Vedomosti, Kommersant RBC-nin redaktorlarının birgə bəyanatında bu həbsin araşdırılmasına çağrılır. “Sərhədsiz Reportyorlar” təşkilatı xəbərdarlıq edib ki, bu həbs Rusiyada müstəqil jurnalistlərin “təqibinin ciddi şəkildə güclənməsi”nin əlaməti ola bilər.

“Biz istintaq orqanının Ivan Golunov-un təqsirinə dair dəlilini inandırıcı saymırıq, onun həbs şəraiti təhqiqat zamanı hüququn pozulmaması sarıdan böyük şübhələr yaradır”, – bəyanatda vurğulanır.

Ivan Golunov məhkəmə zalında
Ivan Golunov məhkəmə zalında

“Peşəkar fəaliyyəti ilə bağlı ola bilər”

“Golunov-un saxlanması və ardınca da həbsinin onun peşəkar fəaliyyəti ilə bağlı olduğunu istisna etmirik”, – redaktorlar bildirirlər.

Onlayn “Meduza” xəbər təşkilatının tanınmış araşdırmaçı müxbiri olan Golunov iyunun 6-da saxlanarkən xəsarətlər aldığı, qabırğasının sındırıldığı bildirilir. O, narkotik qaçaqçılığına ittiham olunur.

Vəkili Pavel Chikov iyunun 9-da bildirib ki, Rusiya İstintaq Komitəsindən Golunov-un necə xəsarət almasının araşdırılmasını istəyiblər.

Jurnalistə dəstək petisiyası, Praqa
Jurnalistə dəstək petisiyası, Praqa

İyunun 8-də isə Moskva məhkəməsi Golunov barəsində ev dustaqlığı seçib, məhkəməsi avqustda olacaq.

Chikov ittihamları rədd edib, Meduza-nın redaktorları isə bu işin Golunov-u Moskva rəsmilərinin korrupsiyasını araşdırdığına görə cəzalandırmaq məqsədi güddüyünü bildirib.

Jurnalistin həbsi ölkədə böyük dəstək aksiyalarına səbəb olub. Moskvada polis qərargahları qarşısında yüzlərlə adam növbəyə duraraq bir-bir binanın qarşısına keçib plakatlar qaldırıblar.

İyunun 7-8-də Rusiyanın digər şəhərlərində daha kiçik etirazlar keçirilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG