Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 07:01

Ötən il məktəblərə hücumlar üç dəfə artıb


Əfqanıstanda qızlar məktəbi

Ötən il Əfqanıstanda məktəblərə silahlı hücumlar üç dəfəyədək artıb, bu isə ölkənin bir çox yerlərində uşaqların təhsil almasını getdikcə daha artıq çətinləşdirir. Məlumatı BMT-nin uşaq fondu olan UNICEF yayıb.

Agentliyin mayın 28-də yaydığı hesabatda deyilir ki, Əfqanıstanda məktəblərə 2017-ci ildə 68 hücum olmuşdusa, 2018-ci ildə 192-yə yüksəlib.

2015-ci ildən bəri ilk dəfə olaraq hücumlarda artım qeydə alınır.

UNICEF-in İcraçı direktoru Henrietta Fore deyib ki, “Əfqanıstanda təhsil atəş altındadır”.

“Məktəblərə hissiyyatsız hücumlar; müəllimlərin öldürülməsi, yaralanması və oğurlanması; təhsilə təhdidlər uşaqların bütöv bir nəslinin ümid və arzularını məhv edir”, – o vurğulayıb.

Ölkə üzrə hazırda mindən artıq məktəb bağlıdır, səbəb hücumları üçün yumşaq hədəflər axtaran Taliban və İslam Dövləti silahlı qruplaşmalarının yaratdığı hədələrdir.

Taliban liderləri qızların təhsilinin bütün formalarını etirazlarını dəyişdiklərini deyirlər. Ancaq silahlı qruplaşma onlara tabe olmayan məktəbləri bağlamaqda ittiham olunur.

UNICEF onu da bildirir ki, 2018-ci ilin parlament seçkisi zamanı məktəb binalarından səsvermə məntəqələri kimi istifadə də hücumların artmasının arxasında bir faktor sayıla bilər.

Hesabatda məktəbyaşlı uşaqların təxminən yarısı – 3,7 milyon əfqan uşağın rəsmi təhsilə cəlb olunmadığı qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG