Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyun, çərşənbə, Bakı vaxtı 11:42

Amerikalı həbsini ‘intiqam’ adlandırır


Paul Whelan məhkəmədə

Moskva məhkəməsi amerikalı keçmiş dəniz piyadası Paul Whelan barəsində həbs qətimkan tədbirini uzadıb. Özü isə bu işi siyasi motivli, ABŞ sanksiyalarına görə intiqam adlandırıb.

ABŞ, İrlandiya, Kanada və Britaniya vətəndaşlığı olan Whelan dekabrın 28-də Moskvada saxlanıb, casusluqda ittiham olunub. Təqsirli bilinsə, 20 il həbs cəzasına məhkum oluna bilər. Özü ittihamları rədd edir.

Lefortovo məhkəməsi mayın 24-də Whelan-ın vəkilinin onu ev dustaqlığına köçürməklə bağlı vəsatətini təmin etməyib, həbs qətimkan tədbirini avqustun 29-dək uzadıb.

Whelan proses zamanı deyib ki, iş üzrə müstəntiq, kapitan Aleksei Khizhnyak onu təhdid edir, alçaldır. O, FSB-nin müstəntiqi Khizhnyak-nın işdən kənarlaşdırılmasını tələb edib.

Ailəsi Whalen-ın günahsız olduğunu, Moskvaya toya getdiyini deyir.

Rusiya rəsmiləri ittihamların detallarını açıqlamayıblar.

Whelan saxlanarkən ABŞ-ın avtohissələr hazırlayan bir şirkətinin qlobal təhlükəsizlik direktoru vəzifəsində çalışıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG