Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:21

Zelenskiy məmurlara: “Prezidentin yox, uşaqlarınızın şəklini asın”


Volodymyr Zelenskiy
Volodymyr Zelenskiy

Media məlumatlarına görə, Zelenskiy hələlik, parlamentin buraxılması barədə fərman imzalayıb, ancaq günün sonunadək imzalaya bilər.

“Mənim kimi sonradan böyük prezident olmuş amerikalı aktyordan sitat gətirmək istərdim: Problemimizin həlli hökumət deyil, problem elə hökumətdir”, – Zelenskiy ABŞ-ın keçmiş prezidenti Ronald Reagan-ın 1981-ci ildə andiçmə müraciətindən sitat gətirib.

O, hökumət rəsmilərini prezidentin şəklini idarələrindən asmamağa çağırıb. “Uşaqlarınızın şəklini asın, hər bir qərarı verməzdən öncə onların gözünə baxın”, – o deyib.

Müxalifət deyir ki, konstitusiya parlamentə yeni koalisiyanı formalaşdırmaqdan ötrü 30 gün vaxt verir. Zelenskiy və müttəfiqləri isə belə bir arqument gətirirlər ki, bir neçə il öncə üç siyasi partiya tərk edəndən sonra Avropa Ukraynası artıq hakim koalisiya deyildi.

Volodymyr Zelenskiy-yə silahlı və təhlükəsizlik xidmətinin komandirləri təqdim olunur
Volodymyr Zelenskiy-yə silahlı və təhlükəsizlik xidmətinin komandirləri təqdim olunur

Keçmiş prezident Petro Poroshenko koalisiyanı 2014-cü ilin noyabrında yaradıb. Ancaq 2015-2016-cı illərdə üç siyasi partiya koalisiyadan çıxıb.

“Zelenskiy-nin qərarını mübahisələndirməyə səbəb görmürəm”, – Poroshenko-nun fraksiyasından deputat Ivan Vinnyk “Reuters” agentliyinə deyib.

Andiçmədən sonra Zelenskiy deyib ki, “təkcə mən deyil, ukraynalıların hamısı əllərini Konstitusiyaya basıb and içdilər”.

O, dünyanın müxtəlif yerlərindən ölkəsinə gəlməyi, “bizə lazım olan bilik və dəyərləri” gətirməyi seçən ukraynalılara vətəndaşlıq verməyə hazır olduğunu deyib.

Stepan Poltorak
Stepan Poltorak

Artıq Müdafiə naziri Stepan Poltorak və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasyl Hrytsak mayın 20-də istefa veriblər.

Ukraynada davamlı korrupsiya sarıdan narahatlıqların mərkəzində duran Lutsenko-dan isə hələlik, istefa təklifi gəlməyib.

***

Zelenskiy parliamenti buraxdığını deyir

Bu gün prezident andı içən Volodymyr Zelenskiy parlamenti buraxdığını elan edib.

Andiçmədən sonra danışan Zelenskiy həmçinin yüksək vəzifələr tutan bəzi ziddiyyətli məmurları işdən çıxmağa çağırıb. Bu sıraya Baş prokuror Yuriy Lutsenko, müdafiə naziri, dövlət təhlükəsizlik xidmətinin rəhbəri daxildir.

O, işdən çıxarılmaların iki ay ərzində baş verməli olduğunu və bunu yeni parlamentin edəcəyini söyləyib. Bundan sonra Radanı buraxdığını deyib.

“Səkkizinci çağırış Ali Radanı buraxıram”, – deyən Zelenskiy erkən parlament seçkisi istədiyini deyib, ancaq tarix söyləməyib.

Prezidentin parlamenti buraxmaq hüququyla bağlı mübahisələr vardı.

Volodymyr Zelenskiy andiçmədən sonra parlamentdə
Volodymyr Zelenskiy andiçmədən sonra parlamentdə

“Ukraynanın suverenliyini və müstəqilliyini qoruyacağıma and içirəm”, – Zelenskiy parlamentdə and içərkən deyib.

Zelenskiy onu da deyib ki, onun üçün əsas məsələ ölkənin şərqindəki rusiyapərəst yaraqlılarla müharibədə əsl atəşkəsə nail olmaqdır.

O, çıxışını “Ukraynaya eşq olsun!” sözləri ilə tamamlayıb.

Parlamentə mühafizəçilərin əhatəsində girən Zelenskiy oraya yığışanların bəziləri ilə salamlaşıb, selfi çəkdirib.

***

Mayın 20-də Volodymyr Zelenskiy Ukraynanın yeni prezidenti kimi and içir.

Zelenskiy andiçmə mərasimi zamanı
Zelenskiy andiçmə mərasimi zamanı

41 yaşlı Zelenskiy populyar televiziya şousunda yaratdığı prezident roluna görə tanınıb. O, aprelin 21-də seçkinin ikinci raundunda səslərin 73 faizdən artığını yığaraq Prezident Petro Poroshenko-nu məğlub edib.

İnauqurasiya mərasimi yerli vaxtla səhər saat 10-da parlament binasında başlanır.

Bir neçə gün öncə parlamentdə əsas koalisiya dağılıb və görünür, Zelenskiy Ali Radaya erkən seçki təyin edə bilməyəcək.

***Buna da bax: Zelenskiy Ali Radanı buraxa bilməyəcək

Bu addım deputatların parlamentin buraxılmasını önləmək cəhdi hesab olunur. Zelenskiy deyirdi ki, and içəndən sonra Radanı buraxacaq, çünki parlament xalqın maraqlarını təmsil eləmir.

Konstitusiyaya görə, parlament 30 gün ərzində yeni hakim koalisiya formalaşdırmalıdır, prezident isə bu müddətdə Ali Radanı buraxa, erkən seçki təyin edə bilməz.

Ölkənin ali qanunu deputatların rəsmi səlahiyyətinin bitməsinə altı ay qalmış ölkə başçısının parlamenti buraxmasına icazə vermir. Ukraynada parlament seçkisi oktyabrda olmalıdır.

***Buna da bax: Poroshenko Zelenskini Rusiya ilə “siyasi dilxoşluqdan” çəkinməyə çağırıb

Zelenskiy mayın 19-da and içmək istəyirdi. O, deputatları andiçmə mərasimini qəsdən ertələməkdə suçlayıb.

Zelenskiy seçki kampaniyası dövründə ölkədə kök salmış korrupsiyanı aradan qaldırmaq, ölkənin şərqində rusiyapərəst separatçılarla 5 ildən çoxdur gedən münaqişəni bitirmək vədi verib.

Andiçmə mərasiminə 60-dək ölkədən təmsilçilər qatılacaq. Birləşmiş Ştatları Enerji naziri Rick Perry, Avropa Birliyinin Avropa Komissiyasının Vitse-prezidenti Maros Sefcovic təmsil edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG