Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:57

Zelenskiy Ali Radanı buraxa bilməyəcək


Volodymyr Zelenskiy
Volodymyr Zelenskiy

Ali Radanın spikeri Andriy Parubiy elan edib ki, artıq “Avropa Ukraynası” koalisiyası mövcud deyil. Bundan öncə “Xalq Cəbhəsi” fraksiyası Prezident Petro Poroshenko-nun blokundan çıxdığını elan edib.

***

Bu gün – mayın 17-də Ukrayna Ali Radasındakı “Xalq Cəbhəsi” deputat fraksiyası hakim koalisiyadan çıxacağını elan etməlidir. Bu haqda “Ukrainskaya pravda” qəzeti yazıb. Bu halda ölkənin yeni seçilmiş prezidenti Volodymyr Zelenskiy parlamenti buraxa bilməyəcək.

Bundan öncə Zelenskiy-nin müşaviri Dmitriy Razumkov “1+1” telekanalına deyib ki, prezident vəzifəyə başlayan kimi Radada hakim koalisiyanın formalaşmamasından istifadə edərək parlamenti buraxacaq.

Ancaq “Xalq Cəbhəsi” belə bir addım atarsa, parlament 30 gün ərzində koalisiya formalaşdırmalıdır. Yəni, prezident bu hüququndan istifadə edə bilməyəcək.

Petro Poroshenko
Petro Poroshenko

Rada buraxılmasa, ona seçkilər bu ilin oktyabrında keçirilməlidir. Bu günlərdə keçirilmiş bir rəy sorğusuna görə, seçki bu bazar keçirilsəydi, dörd partiya beş faizlik baryeri aşardı.

Zelenskiy-nin “Xalqın qulluqçusu” partiyası 29,5 faiz, Rusiyayla münasibətlərin yaxşılaşdırılmasını istəyən “Müxalifət platforması – Həyat uğrunda” – 8,1 faiz, hazırkı prezidentin “Petro Poroshenko-nun Həmrəylik bloku” – 7,8 faiz, keçmiş baş nazir Yulia Tymoshenko-nun “Batkivshina” partiyası – 6,7 faiz səs yığardı.

Zelenskiy aprelin 21-də seçkinin ikinci turunda Poroshenko-nu məğlub edib.

Zelenskiy-nin andiçmə mərasimi mayın 20-nə təyin olunub.

Avropa Ukraynası koalisiyası 2014-cü ilin noyabrında yaradılmışdı.

***

Zelenskiy-nin komandası Radanın buraxılmasına dair videopetisiya da hazırlamışdı. Bildirilirdi ki, əgər rolik 1 milyon baxış yığsa, “Volodymyr Aleksandrovich ona şəxsən diqqət ayıracaq”.

Ukrayna tarixində bir neçə prezident parlamenti buraxmaq fikrinə düşüb.

2007-ci ildə siyasi böhran zamanı Prezident Viktor Yushenko Radanın səlahiyyətinin dayandırılması barədə fərman imzalayıb. Ancaq buna baxmayaraq, Rada işini davam etdirib. Sonradan növbədənkənar parlament seçkisi barədə razılıq əldə olunub.

Sonuncu dəfə Rada 2014-cü ildə buraxılıb. O zaman yeni seçilmiş prezident Petro Poroshenko 7-ci çağırış Ali Radanın fəaliyyətini dayandırdı. Parlamentdə çoxluq onda “Regionlar Partiyası”ndan ibarət idi. Səbəb kimi koalisiyanın dağılması göstərildi. 30 gün ərzində yeni koalisiya formalaşmadı və bu da növbədənkənar seçkiyə yol açdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG