Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:22

Poroshenko Zelenskini Rusiya ilə “siyasi dilxoşluqdan” çəkinməyə çağırıb


Petro Poroshenko "Bikivnyanski qəbristanlığı" ,19 may, 2019
Petro Poroshenko "Bikivnyanski qəbristanlığı" ,19 may, 2019

Ukrayna prezidenti Petro Poroshenko yeni prezidentin andiçmə mərasimi ərəfəsində Vladimir Zelenskini Rusiya ilə “siyasi dilxoşluqdan” çəkinməyə çağırıb.

Poroshenko prezidentliyinin son günlərində siyasi represiya qurbanlarının anım mərasimində iştirak edib. O, Kiyev ətrafında yerləşən “Bikivnyanski qəbristanlığı”ndakı abidəyə əklil qoyub.

1930-cu illərdə orda azı 20 min adam güllələnib.

Poroshenko deyib ki, ötən əsrin 30-cu illərində baş verən həmin hadisələr Rusiya ilə inteqrasiyaya dönməyə imkan vermir.

Yeni Ukrayna prezidenti seçilmiş Vladimir Zelenskinin andiçmə mərasimi mayın 20-də Kiyevdə keçiriləcək.

Ukrayna xarici işlər nazirliyinin məlumatına görə, mərasimdə 60-a yaxın xarici nümayəndə iştirak etməlidir.

Litva, Litva, Estoniya, Gürcüstan və Macarıstan prezidentləri də onların arasındadır.

ABŞ nümayənədə heyətinə energetika naziri Pik Perri başçılıq edəcək.

Amma Rusiyanın nümayəndəsi bu mərasimə dəvət olunmayıb.

Ukrayna xarici işlər nazirliyinin bəyanatında deyilir ki, mərasimə yalnız tərəfdaşlar və dostlar dəvət olunublar.

“Ukrainskaya Pravda” yazır ki, mərasimin rəsmi hissəsində, Viktor Yanukovych-dən başqa bütün keçmiş prezidentlər iştirak edəcəklər.

Zelenski prezident kimi Ali Radada and içməlidir.

Bundan sonra o, piyada Mariinski sarayına getməli və rəsmi nümayəndələrlə görüşməlidir.

Zelenskinin bütün arzu edənləri andiçmə mərasiminin canlı yayımlanacağı Mariinski parkına dəvət edib.

`

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG