Keçid linkləri

Təcili xəbərlər
2019, 26 May, bazar, Bakı vaxtı 18:04

Fəal cəriməni qəpiklə ödəyib


Qiyas İbrahimov:"Məndən artıq əziyyət çəkmiş dostlardan əfv istəyirəm"
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

Qiyas İbrahimov:"Məndən artıq əziyyət çəkmiş dostlardan əfv istəyirəm"

NİDA Vətəndaş Hərəkatının fəalı Qiyas İbrahimov bu gün, mayın 15-i məhkəmə qərarında olan ekspertiza xərcini qəpiklə ödəyib.

Bu barədə AzadlıqRadiosuna məlumat verən fəal deyib ki, 5 gün əvvəl, mayın 10-da yaşadığı ünvana Bakı Şəhər Nizami Rayon İcra və Probasiya Şöbəsindən xəbərdarlıq məktubu gəlib.

Onun qeyd etməsinə görə, bildirişdə yazılıb ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01.08.2017-ci il tarixli icra sənədində göstərilən tələb 10 gün müddətində könüllü icra olunmalıdır.

2016-cı il oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Q.İbrahimov 10 il azadlıqdan məhrum olunub. O, Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunmuşdu. Məhkəmə qərarına əsasən, Q.İbrahimov dövlət büdcəsinə 73 manat ekspertiza xərclərini də ödəməli idi.

Q.İbrahimov bildirib ki, məhkəmə qərarını qanunsuz saysa da, orada göstərilən ekspertiza xərcini ödəmək qərarına gəlib: «Barəmdə çıxarılan qərar bütövlükdə qanunsuz və saxtadır. Onun tərkib hissəsi olan ekspertiza xərci də. Evimə narkotik atıblar, sonra da onun ekspertizasını da bizim boynumuza qoyublar. Mən də qərara gəldim ki, bunu bir ictimai aksiya çevirərək, xərcini 1, 3 və 5 qəpiklə ödəyim».

Fəal həmçinin bildirib ki, 2 gün davam edən aksiya uğurla başa çatıb və 78 manat 40 qəpik pul yığıb. «Artıq qalan pul digər qanunsuz cərimələnənlərin «qəpik aksiyaları»na veriləcək», - o deyib.

Azərbaycanda bundan əvvəl də belə «qəpik aksiyası» keçirilib.

Xatırlatma

2016-cı ilin mayın 10-u Q.İbrahimov digər fəal Bayram Məmmədovla birgə saxlanıb. Rəsmi qurumlar onları narkotikdə ittiham edirdi. Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib, onların hər birini 10 il azadlıqdan məhrum etmişdi.

Amma gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazdıqlarına görə həbs olunduqları bildirilirdi.

Onların hər ikisi bu ilin martında imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG