Keçid linkləri

2025, 22 Yanvar, çərşənbə, Bakı vaxtı 03:18

Birləşmiş Ştatlardan BƏƏ sahillərində ‘sabotaj’ xəbərdarlığı


Birləşmiş Ştatların B-52H Stratofortress bombardmançısı Qətərdə, 9 may, 2019-cu il
Birləşmiş Ştatların B-52H Stratofortress bombardmançısı Qətərdə, 9 may, 2019-cu il

Vaşinqton Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində gəmilərə qarşı mümkün “sabotaj aktı” barədə xəbərdarlıq edib. Bu xəbərdarlıq İranla münasibətlərdə gərginliyin yüksəldiyi bir dönəmə təsadüf edir.

Xəbərdarlıq mayın 13-də səhər səsləndirilib. Bir gün öncə isə BƏƏ Füceyrə sahillərindəki gəmilərindən dördünə qarşı sabotaj törədildiyini bildirmişdi.

Mayın 12-də Xarici İşlər Nazirliyi Oman Körfəzindəki insidenti “təhlükəli” adlandırıb.

***Buna da bax: Pentaqon başçısı İranı hədələyir

Nazirlik xəsarət, yaxud ölüm hallarının olmadığını deyib, ancaq hadisəyə görə kimin məsuliyyət daşıdığını açıqlamayıb, iddia olunan sabotajı detallı təsvir də etməyib.

Bundan öncə isə Əl-Füceyrə əmirliyi limanında partlayışlar baş verməsini iddia edən media məlumatlarını təkzib edib.

Ötən həftə Birləşmiş Ştatlar əsas neft və təbii qaz dəhlizi olan Körfəzə təyyarədaşıyan qrup və bombardmançı təyyarələr göndərdiyini açıqlayıb. Rəsmilər Vaşinqtonun bu addımlarını ABŞ və müttəfiqlərinin regiondakı maraqlarına İrandan təhdidlərin “aşkar əlamətləri”nə qarşı atıldığını söyləyib.

Bu arada Səudiyyə Ərəbistanından oxşar informasiya yayılıb. Səudiyyə BƏƏ sahillərindəki iki neft tankerinin “sabotaj hücumu” ilə hədəfə alındığını bildirib.

Enerji naziri Khalid al-Falih mayın 13-də bildirib ki, gəmilərdən birinə Səudiyyənin xam nefti yüklənməliydi. Mayın 12-də törədilmiş hücumun hər hansı itkiyə, yaxud neft sızmasına səbəb olmadığı, ancaq iki gəminin strukturuna ciddi xəsarət yetirildiyi bildirilir.

XS
SM
MD
LG