Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:09

Pentaqon başçısı İranı hədələyir


USS Abraham Lincoln təyyarədaşıyanı
USS Abraham Lincoln təyyarədaşıyanı

ABŞ müdafiə nazirinin əvəzi deyib ki, “Birləşmiş Ştatların qüvvələri və bizim maraqlarımıza hər hansı hücuma görə İran məsuliyyət daşıyacaq”.

Onun bu bəyanatından az əvvəl Ağ Ev İran sularına yaxın əraziyə təyyarədaşıyan kreyserin göndərildiyini elan etmişdi.

Patrick Shanahan
Patrick Shanahan

Patrick Shanahan mayın 6-da Twitter-də yazdığı postda İranı habelə “hansısa qeyri-müəyyən təxribatlarda” ittiham edib:

"Biz İran rejimini bütün təxribatları dayandırmağa çağırırıq. Biz ABŞ qüvvələrinə və ya bizim maraqlarımıza hər hansı hücuma görə İran rejimini məsul sayacağıq”.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Birləşmiş Ştatlar Yaxın Şərqə əlavə hərbi resurslar yerləşdirir və bununla İrana “aydın mesaj” verir. Məlumatı Ağ ev yayıb.

“Bir sıra narahatedici və qızışdırıcı əlamətlər və xəbərdarlıqlara cavab olaraq Birləşmiş Ştatlar Mərkəzi Komandanlıq regionuna USS Abraham Lincoln Təyyarədaşıyan Zərbə Qrupunu və bombardmançı operativ qrupunu yerləşdirir”, – Milli təhlükəsizlik müşaviri John Bolton mayın 5-də yaydığı bəyanatında deyib.

Boltonun sözlərinə görə, Yaxın Şərq daxil olmaqla əraziyə hərbi qüvvələrin yerləşdirilməsində məqsəd “İran rejiminə aydın və doğru mesajdır ki, Birləşmiş Ştatların və müttəfiqlərinin maraqlarına hər hansı hücum amansız qüvvəylə dəf olunacaq”.

John Bolton
John Bolton

İstənilən hücuma qarşı...

O deyib ki, Birləşmiş Ştatlar “İran rejimi ilə müharibə istəmir”, ancaq “istənilən hücuma, proksi, İslam İnqilab Keşikçiləri Korpusu (İİKK), yaxud İranın nizami qüvvələrinin hücumuna cavab verməyə hazırdır”.

Bəyanatda qüvvələrin niyə indi yerləşdirilməsinə aydınlıq gətirilmir. Son zamanlar Vaşinqton İran hökumətinə təzyiqi artırıb, Tehranın regiondakı “ziyanlı” fəaliyyətinə son qoymaq istədiyini deyir.

Prezident Donald Trump administrasiyası elan edib ki, maydan İrandan neft idxal edən ölkələrə sanksiyalardan möhlətin müddətini uzatmayacaq.

Bundan başqa İİKK-nı terrorçu təşkilat elan edən Vaşinqton ilk dəfə olaraq xarici dövlətə bağlı qurum barədə belə bir rəsmi bəyanat verib.

Birləşmiş Ştatlar ötən il Tehranın dünya gücləri ilə imzaladığı nüvə sazişindən çıxıb, İranın neft, gəmiçilik, bank sektorlarına sanksiyaları bərpa edib.

“Reuters” adı çəkilməyən ABŞ rəsmisinə istinadla son hərbi qüvvələrin regiona “İran qüvvələrinin və onun proksilərinin regiondakı ABŞ qüvvələrinə mümkün hücumları”na qarşı yerləşdirildiyini açıqlayıb.

Ancaq rəsmi Birləşmiş Ştatların öz qüvvələrinə qarşı yaxın gələcəkdə hansısa hücum gözləmədiyini də vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG