Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 05:54

Avropa Oyunları zamanı jurnalistlər üçün ‘qaynar xətt’ yaradılsın


Alyaksandr Lukashenka, arxiv fotosu

Minskdə medianın və digər hüquqların yaxşı durumda olmadığını nəzərə alaraq, 2019-cu il Avropa Oyunları zamanı Belarusda jurnalist şikayətləri üçün qaynar xətt yaradılmalıdır.

Belə bir çağırışla mayın 3-də Dünya Mətbuat Azadlığı Günündə iki insan haqları qrupu – Human Rights WatchJurnalistləri Müdafiə Komitəsi (CPJ) çıxış edib.

“Belarus hakimiyyəti media azadlığına nifrətiylə tanınıb. Buna görə də Avropa Oyunlarından qabaq və oyunlar zamanı onlar müstəqil jurnalistləri qısnaya bilərlər. Avropa Olimpiya Komitəsi bu məsələni yoluna qoymağa hazır olmalıdır”, – Human Rights Watch-un Avropa və Orta Asiya üzrə direktoru Rachel Denber deyib.

4 mindən artıq atletin iştirakıyla oyunlar iyunun 21-dən 30-dək Minskdə keçiriləcək.

HRW və CPJ bildirir ki, Belarus Prezidenti Alyaksandr Lukashenka müstəqil media və təşkilatların işini çətinləşdirir.

Jurnalistlərin qeydiyyatdan keçməmiş xarici media ilə əməkdaşlığa görə cərimələndiyi bildirilir. Apreldə polis Belsat peyk televiziyasının ofisində reyd keçirib. Polşada qeydiyyatdan keçmiş bu telekanal Belarusda fəaliyyət göstərən yeganə müstəqil televiziya kanalıdır.

XS
SM
MD
LG