Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 17:23

Qasırğaya görə bir milyon adam köçürülüb


Hindistan, 3 may, 2019-cu il

Cümə günü Hindistanın şərq sahillərini güclü qasırğa vurub. Saatda 200 kilometr sürətlə əsən Fani qasırğası leysan yağışları ilə müşayiət olunur.

Qasırğaya görə öncədən ərazidən bir milyon adam köçürülüb.

Odişa ştatının mərkəzində küləyin ağacları, elektrik dirəklərini yerindən qopardığı xəbər verilir. Aeroport, məktəblər və kolleclər bağlanıb.

Qonşu Qərbi Benqal ştatı da aeroportunu bağlayıb.

Hindistanda qasırğa mövsümü apreldən dekabra qədər çəkə bilər. Bu dövrdə tufan sahil şəhərlərində güclü dağıntılar törədir, məhsula, əmlaka ziyan dəyir. Qonşu Banqladeş də bu təbii fəlakətdən ziyan görür.

İndi texnoloji nailiyyətlər meteoroloqlara havanı öncədən bilməyə və hakimiyyətə tədbir görməyə imkan verir.

1999-cu ildə Odişada güclü qasırğa 30 saat ərzində 10 min nəfərin həyatına son qoymuşdu. 2013-cü ildə isə bir milyonadək adam evakuasiya olundu və minlərlə adamın həyatı xilas edildi.

XS
SM
MD
LG