Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 03:09

BMT rəhbəri Xi ilə uyğurlardan danışıb


Vaxtilə Çində düşərgədə saxlanmış Omer Bekali Berlində mətbuat konfransında çıxış edir

BMT-nin Baş katibi Antonio Guterres Çin Prezidenti Xi Jinping ilə son görüşündə Çindəki uyğur azlığının durumunu müzakirə edib, Çin liderini insan haqlarına sayqı göstərməyə çağırıb.

Qurumun sözçüsü Stephane Dujarric-in aprelin 29-da bildirməsinə görə, Guterres Xi-yə deyib ki, hətta terrorçuluq və ekstremist zorakılıqla mübarizə aparılan zaman insan haqlarına “tam hörmət göstərilməlidir”.

Gutteres Xi ilə aprelin 26-da Pekində görüşüb. Dujarric danışıqların “çox mehriban və səmimi” keçdiyini bildirib.

Bu məlumatdan az öncə Human Rights Watch insan haqları təşkilatının direktoru Kenneth Roth “The Washington Post”qəzetində Guterres-i “insan haqları məsələsində sükut”una görə sərt tənqid edib.

Çin 1 milyonadək uyğuru və başqa müsəlmanları “yenidən təhsil mərkəzləri”nə yerləşdirdiyinə görə sərt tənqid olunur. İnsan haqları fəalları bu mərkəzlərin sadəcə kütləvi həbs düşərgələri olduğunu deyir.

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası da aprelin 29-da yaydığı hesabatında Çini uyğurları “ağır insan haqları pozuntuları”na məruz qoyduğu üçün tənqid edib.

XS
SM
MD
LG