Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:00

Yaponiyada yeni imperator taxta oturdu


İmperator Naruhito
İmperator Naruhito

Yaponiyada vəliəhd şahzadə Naruhito ölkənin yeni hökmdarı kimi atası Akihito-nu əvəzləyib.

59 yaşlı Naruhito Xrizantem taxta oturan 126-cı imperatordur. Dünyanın ən qədim irsi monarx sülələsinin nümayəndəsi 85 yaşlı Akihito bundan az əvvəl, aprelin 30-da Kaşikodokoro ziyarətgahına baş çəkmişdi.

O bu məbəddə özünün taxt-tacdan əl çəkdiyi barədə allahlara “məlumat” verməli idi. Nəhayət gecəyarısınadək davam edən ayinlərdən sonra Naruhito yeni imperator elan olunub. Onun atası Akihitoya isə “möhtərəm imperator” titulu verilib. Bu titul Akihitouya əlavə heç bir səlahiyyət vermir.

Naruhito ilk dəfə olaraq xalqa imperator kimi müraciət etməlidir.

Bundan əvvəl İmperiya Sarayında keçirilən taxt-tacdan imtina mərasimində baş nazir Shinzo Abe, parlamentin hər iki palatasının spikerləri və Ali Məhkəmənin sədri iştirak edirdilər.

Akihito taxta 1989-cu ildə çıxmış və hökmdarlığının böyük bir hissəsini II Dünya Müharibəsi illərində imperator olmuş atası Hirohitonun irsini “təmizləməyə” həsr etmişdi.

Ölkədə keçirilmiş son rəy sorğusu əhalinin 80 faizinin imperator ailəsini dəstəklədiyini göstərib.

Bu bütün dünyada hər hansı monarx ailəsinə göstərilən ən böyük hüsn-rəğbətdir.

***

Yaponiya imperatoru taxtı bu gün təhvil verir

Yaponiya İmperatoru Akihito-nun taxtdan getməsilə əlaqədar rituallar başlanıb.

85 yaşlı Akihito aprelin 30-da Kaşikodokoro Məbədində olub, adətə görə, bu ritualın niyyəti taxtdan getməni tanrılara bildirməkdir. Bu gün gecəyarısından onun oğlu, Vəliəhd Şahzadə Naruhito yeni imperator kimi işə başlayacaq.

59 yaşlı Naruhito Chrysanthemum taxtının 126-cı imperatoru olacaq. Bu, dünyada ən yaşlı monarxiya sayılır.

İmperator Akihito (sağda) məbəddən çıxır
İmperator Akihito (sağda) məbəddən çıxır

Günortadan sonra İmperator Sarayına taxtın təhvil mərasimi keçiriləcək. Mərasimə Baş nazir Shinzo Abe, parlamentin hər iki palatasının rəhbərləri, Ali Məhkəmənin hakimləri qatılacaq.

Abe taxtın təhvil verildiyini açıqlayacq və Akihito imperator kimi sonuncu çıxışını edəcək.

Akihito 1989-cu ildən imperatordur.

Son rəy sorğusu imperiya ailəsinə ictimai dəstəyin 80 faiz, yəni indiyədək qeydə alınan ən yüksək səviyyədə olduğunu üzə çıxarıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG