Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:48

Rusiyalıların üçdə biri Zelenskiy-nin qalib gəlməsini ‘sərfəli’ sayır


Volodymyr Zelenskiy Türkiyədə istirahət edir
Volodymyr Zelenskiy Türkiyədə istirahət edir

Rusiyalıların 31 faizi Volodymir Zelenskiy-nin Ukrayna prezidenti seçilməsini Rusiya üçün sərfəli sayır. Bunu “Levada Mərkəzinin” son sorğusu üzə çıxarıb.

Respondentlərin yalnız 2 faizi hesab edir ki, Petro Poroshenko yenidən seçilsəydi, Rusiya üçün faydalı olardı.

Rusiyalıların 55 faizinin fikrincə, ölkə üçün “bu seçkini kimin udmasının fərqi yoxdur”.

***Buna da bax: Kreml bütün Ukrayna vətəndaşlarına Rusiya pasportu verilməsini düşünür

68 faiz respondent seçkiqabağı kampaniyanı izlədiyini deyib. Onlardan 30 faizi kampaniyanı “çox diqqətlə”, yaxud “yetərincə diqqətlə” izləyib.

Şoumen Volodymir Zelenskiy seçkinin ikinci turunda prezident seçilib. O, səslərin 73,22, Poroshenko isə 24,45 faizini yığıb.

Zelenskiy Ukraynanın müstəqillik tarixində ən yüksək nəticəni əldə edib. Bundan əvvəlki rekord Leonid Kuchma-ya məxsus idi. O, 1999-cu ildə seçkinin ikinci turunda 56,2 faiz səs yığmışdı.

Aprelin 28-də Rusiyanın “НТВ” televiziyası Zelenskiy ilə şounun anonsunu verib, şounun 2011-ci ildə yazıldığı bildirilib. Proqram “Magiya” adlanır.

***Buna da bax: Ukrayna parlamentindən də Putinə cavab verildi

Aprelin 27-də isə Rusiya Prezidenti Vladimir Putin Pekində mətbuat konfransında deyib ki, Rusiya hakimiyyəti təkcə Donbasın deyil, bütün Ukraynanın sakinlərinə vətəndaşlığı sadələşdirilmiş formada verməyi nəzərdən keçirir.

Zelenskiy isə Facebook sosial şəbəkəsində bildirib ki, Moskva ukraynalıların əksəriyyətini Rusiya pasportları ilə “yoldan çıxara” bilməyəcək. Çünki bu pasportlar yalnız “dinc etiraza görə həbs olunmaq hüququ”, “azad və rəqabətli seçki görməmək”, “insanın təbii hüquq və azadlıqlarının mövcudluğunu ümumiyyətlə unutmaq” deməkdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG