Keçid linkləri

2025, 24 Mart, Bazar ertəsi, Bakı vaxtı 10:46

Kreml bütün Ukrayna vətəndaşlarına Rusiya pasportu verilməsini düşünür


Ukrayna və Rusiya pasportu olan ukraynalı qadın 15 mart 2019
Ukrayna və Rusiya pasportu olan ukraynalı qadın 15 mart 2019

Kreml bütün Ukrayna vətəndaşlarına sadələşdirilmiş qaydada Rusiya pasportu verilməsini düşünür.

İnterfaksın məlumatına görə bunu Rusiya prezidenti Vladimir Putin Pekində deyib.

Rusiya hazırda Ukraynanın separatçı bölgələri Donetsk və Luqanskda yaşayan əhaliyə Rusiya pasportu verir.

Putin aprelin 24-də müvafiq fərman imzalayıb.

Moskvanın bu addımı Ukrayna, Avropa Birliyi və ABŞ tərəfindən sərt tənqidlə qarşılanıb.

Rusiya isə bunu hümanitar addım kimi izah edir.

Rusiyanın daxili işlər nazirliyindən bildiriblər ki, Donbas sakinlərinin Rusiya pasportu alması üçün Ukrayna vətəndaşlığından imtina etmək lazım deyil.

XS
SM
MD
LG