Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Ukrayna parlamentindən də Putinə cavab verildi


Iryna Herashchenko , Ukrayna Ali Radasının sədr müavini 16 noyabr, 2017, Kiyev
Iryna Herashchenko , Ukrayna Ali Radasının sədr müavini 16 noyabr, 2017, Kiyev

Ukrayna parlamentinin sədr müavini Rusiya prezidenti Vladimir Putindən Donetsk və Luhansk sakinlərinə Rusiya pasportları verilməsi barədə fərmanın ləğvini tələb edib.

Ali Radanın sədr müavini İrina Gerashenko (Iryna Herashchenko) özünün Feysbuk səhifəsində yazıb ki, Putinin fərmanı onun “ənənəfi KQB taktikasından” xəbər verir.Məqsəd isə yeni Ukrayna prezidenti ilə görüş ərəfəsində vəziyyəti qarışdırmaqdır. Burda yeni və gözlənilməz heç nə yoxdur”, Gerashenko yazıb.

O qeyd edib ki, Moskva ilə Kiyev arasında münasibətləri yenidən qurmaq Ukraynanın hesabına olmamalıdır.Gerashenko bildirib ki, Kİyev Ukraynanın şərqindəki münaqişənin həlli ilə bağlı Minask razılaşmasının ona aid hissəsini yerinə yetirib, indi isə Moskva güzəştə getməlidir.

Ukraynanın yeni prezidenti seçilmiş Vladimir Zelenski isə bundan əvvəl, Rusiya hakimiyyətinə Ukrayna vətəndaşlarını Rusiya pasportları ilə şirnikləndirməyə əbəs vaxt sərf etməməyi məsləhət görüb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bildirib ki, Rusiya bütün Ukrayna vətəndaşlarına sadələşdirilmiş qaydada Rusiya pasportu verilməsinin mümkünlüyünə baxır.

Zelenski bildirib ki, ukraynanılar gözəl bilirlər ki,Rusiya pasportu “dinc etiraz mitinqlərinə görə həbs hüququ”,“ qeyri-azad və rəqabətsiz seçki” verir.

Ukraynalıların isə söz azadlığı, azad mətbuatı və interneti var.

Zelenski eyni zamanda Rusiya ilə Normand formatında danışıqlara hazır olduğunu deyib və bütün əsirlərin mübadiləsini təklif edib.

Amma o qeyd edib ki, Rusiya ilə Ukrayna arasında münasibətlərin normallaşması, yalnız Donbas və Krımın tam azad edilməsindən sonra mümkündür.

Rusiya prezidenti Vladimir Putin aprelin 24-də Ukraynanın separatçı bölgələri Donetsk və Luqanskda yaşayan əhaliyə Rusiya pasportu verilməsi barədə fərman imzalayıb.

Moskvanın bu addımı Ukrayna, Avropa Birliyi və ABŞ tərəfindən sərt tənqidlə qarşılanıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG