Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:50

ATƏT və BMT-dəki Qərb ölkələri Putinin 'Donbas qərarını' tənqid ediblər


Donetsk regionu seçki günündə, 21 aprel, 2019-cu il
Donetsk regionu seçki günündə, 21 aprel, 2019-cu il

ATƏT və BMT Təhlükəsizlik Şurasındakı Qərb ölkələri Rusiya prezidenti Vladimir Putinin şərqi Ukraynada moskvayönlü separatçıların nəzarətində olan ərazilərin sakinlərinə Rusiya vətəndaşlığı verilməsinin sadələşdirilməsi qərarını tənqid ediblər.

ATƏT aprelin 25-də yaydığı bəyanatda bildirib ki, onun rəhbərliyi “bu birtərəfli tədbirin Ukrayna və onun ətrafında yaranmış böhranın dinc yollarla həlli cəhdlərini sarsıtdığına inanır”.

***

Rusiya Prezidenti Vladimir Putin Donbas fərmanına yönəlik tənqidləri rədd edib. Söhbət Ukraynanın şərqində yaşayanlara Rusiya vətəndaşlığı verilməsinin asanlaşdırılmasını nəzərdə tutan fərmandan gedir.

Putin aprelin 25-də Vladivostok şəhərində jurnalistlərə deyib ki, Kiyevin onun fərmanına etirazları “qəribədir”.

O, fərmanını müdafiə edib, onun Rumıniya və Macarıstan kimi Avropa İttifaqı üzvlərinin siyasətinə oxşar olduğunu deyib. Həmin ölkələr “sərhədlərindən kənarda yaşayan etnik qoyumlarına vətəndaşlıq verir”, – Putin deyib.

Tənqidçilər Rusiyanın digər keçmiş sovet respublikalarındakı dondurulmuş münaqişələri, Rusiyanın separatçıların nəzarətində olan ərazilərdə yaşayanlara vətəndaşlıq verməsini yada salırlar. Məqsəd zamanla demoqrafik dəyişikliklərə nail olmaq, gələcək hərbi əməliyyatları əsaslandırmaqdır.

Vladimir Putin
Vladimir Putin

2002-ci ildə Kreml Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionlarının sakinlərinə Rusiya vətəndaşlığı verməyə başladı. Bu siyasət nəticəsində Rusiya pasportu sahiblərinin sayı əhalinin 20 faizindən 85 faizinə yüksəldi.

Daha sonra 2008-ci ildə Rusiya Gürcüstanla qısamüddətli müharibəyə getdi, bu regionlarda Rusiya hərbi bazalarının yerləşdirilməsini onunla əsaslandırdı ki, bu qüvvələr separatçı regionlarda Rusiya vətəndaşların qorumaq üçün gərəkdir.

Rusiya mediası Moskvanın Moldovanın Dnestryanı bölgəsinin sakinlərinin demək olar, yarısına pasport verdiyini yazır.

Bu siyasət Kişinaunun narazılığına səbəb olub, belə ki, Kreml gələcəkdə oxşar arqumentə əl ata, Dnestryanı bölgədə hərbi əməliyyatları vətəndaşlarını qorumaqla əsaslandıra bilər.

***

Putinin Donbas qərarını pisləyirlər

Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın şərqində yaşayanlar üçün Rusiya vətəndaşlığı almağı asanlaşdırması pislənilir.

ABŞ Dövlət Departamenti aprelin 24-də yaydığı bəyanatda bildirir ki, “Rusiya bu aşırı təhrikçi hərəkətilə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hücumu gücləndirir”.

Bir Qərb diplomatının AzadlıqRadiosu-na deməsinə görə, bu “aşırı təhrikçi hərəkət” Donbas kimi tanınan müharibə zonasında duruma zərbə vurar.

Donbasda münaqişə zonası
Donbasda münaqişə zonası

“Rusiya sülh prosesini dağıdır”

Prezident Petro Poroshenko deyib ki, sözügedən fərmanla “Rusiya Donbasda sülh prosesini dağıdır”.

***Buna da bax: Pavlo Klimkin: ‘Bu, Ukraynaya qarşı Rusiya təcavüzünün davamıdır’

Ukraynanın BMT-dəki missiyası Facebook-da yazıb ki, Kiyev “BMT Təhlükəsizlik Şurasının iclas çağıraraq Rusiyanın bu həyasız qərarını müzakirə etməsini istəyib”.

​Putinin fərmanı Ukraynada prezident seçkisindən üç gün sonra verməsi görünür, Kiyevə təzyiqi artırmaq məqsədi güdür. Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edib, Donbas regionundakı rusiyapərəst separatçıları dəstəkləməyə başlayıb.

Həmin ilin aprelindən bəri hökumət qüvvələri ilə münaqişədə 13 minədək adam həlak olub.

İndiyədək münaqişənin bitirilməsini hədəfləyən Minsk prosesi bir nəticə verməyib.

Dünya ictimaiyyəti Krımın qanunsuz ilhaqını tanımayıb. Qərb ölkələri Moskvaya bu ilhaqdan sonra sanksiyalar tətbiq edib.

Yeni prezident Rusiyanı “işğalçı dövlət” adlandırıb

Aprelin 21-də 73 faiz səs yığaraq prezident seçilmiş Volodymyr Zelenskiy bəyanat yayaraq Rusiyanı “işğalçı dövlət”, “Ukraynaya qarşı müharibə aparan təcavüzkar ölkə” kimi pisləyib. O, “Rusiya Federasiyasına diplomatik və sanksiya təzyiqini artırmağa” çağırıb.

Volodymyr Zelenskiy
Volodymyr Zelenskiy

Fərmanda deyilir ki, məqsəd “bəşəri və mülki hüquqları qorumaqdır” və addım “beynəlxalq hüququn universal prinsipləri və normalarına söykənir”.

Putinin köməkçisi Vladislav Surkov fərmanı “həddən artıq vacib” adlandırıb. Onun sözlərinə görə, Rusiya “Kiyev rejiminin repressiv addımları nəticəsində çox çətin vəziyyətə düşmüş rusdilli və rus düşüncəli əhali qarşısında borcunu” yerinə yetirir.

Özünü Donetskdə Moskvanın dəstəklədiyi separatçı quruluşun başçısı adlandıran Denis Pushilin Putinin fərmanının “gənc dövlətlərimizin tarixində vacib mərhələ” olduğunu deyib.

Fərman dərc olunandan bir neçə saat sonra Putin deyib ki, Moskva “Ukraynanın yeni hakimiyyətinə problemlər yaratmaq istəmir”. O bunu “sırf humanitar məsələ” adlandırıb, Donetsk və Luqansk regionlarında yaşayanların “bütün mümkün mülki hüquqlardan məhrum olunduğunu” deyib.

Kiyev isə bu iddiaları rədd edir, müharibə regionunda yaşayanların üzləşdiyi problemlərə görə Rusiyanı ittihamı edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG