Keçid linkləri

Təcili xəbərlər
2019, 20 May, Bazar ertəsi, Bakı vaxtı 21:35

Pavlo Klimkin: ‘Bu, Ukraynaya qarşı Rusiya təcavüzünün davamıdır’


Pavlo Klimkin

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin deyib ki, Putinin Donbasda yaşayanlara Rusiya Federasiyası vətəndaşlığı verilməsinin asanlaşdırılmasına dair fərmanı Moskvanın Ukraynaya qarşı “təcavüzünün və onun daxil işlərinə qarışmasının davamıdır”.

O Rusiyaya bağlı separatçıların nəzarətində olan ərazilərdəki Ukrayna vətəndaşlarını “Rusiya pasportlarını qəbul etməməyə” çağırıb.

Ukraynanın şərqində yaşayanların Rusiya vətəndaşlığı alması asanlaşır

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqində yaşayanların Rusiya vətəndaşlığı almasını asanlaşdıran fərman imzalayıb.

Vladimir Putin
Vladimir Putin

Ukrayna və Qərb hökumətlərinin tənqidinə səbəb olacaq fərman Kremlin vebsaytında dərc olunub.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edib, Donbas regionundakı rusiyapərəst separatçıları dəstəkləməyə başlayıb.

Həmin ilin aprelindən bəri hökumət qüvvələri ilə münaqişədə 13 minədək adam həlak olub.

İndiyədək münaqişənin bitirilməsini hədəfləyən Minsk prosesi bir nəticə verməyib.

Dünya ictimaiyyəti Krımın qanunsuz ilhaqını tanımayıb. Qərb ölkələri Moskvaya bu ilhaqdan sonra sanksiyalar tətbiq edib.

Cəmi üç gün öncə, aprelin 21-də Ukrayna yeni prezident seçib, Volodymyr Zelenskiy səslərin 73 faizini yığaraq hakimiyyətdə olan Prezident Petro Poroshenko-nu məğlub edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG