Keçid linkləri

Təcili xəbərlər
2019, 23 İyul, çərşənbə axşamı, Bakı vaxtı 05:13

Tacikistan prezidenti hökumətin qərarını ləğv elədi


Emomali Rahmon (öndə)

Tacikistan Prezidenti Emomali Rahmon internet tariflərinin qaldırılmasıyla bağlı hökumətin qərarını ləğv edib. Bu qərara onlayn etirazlar keçirilirdi.

Prezidentin sözçüsü Adbufattoh Sharifzoda aprelin 23-də AzadlıqRadiosu-na deyib ki, Rahmon hökumətə və Antimonopoliya xidmətinə əvvəlki, daha aşağı qiymətləri bərpa etmək göstərişi verib.

Bundan öncə Antimonopoliya xidmətinin rəhbəri ​Sadi Qodirzoda “başqa işə keçirilməsi ilə əlaqədar” vəzifəsindən azad olunub. ƏTRAFLI

İnternetin bir qiqabaytının 35 somonidən 62 somoniyə (6,5 dollar) qaldırılması istifadəçilərin narazılığına səbəb olmuşdu.

Son iki gündə fəallar Rahmonu və Baş Prokurorluğu sözügedən qərarı ləğv etməyə çağıran petisiyaya imza toplamağa başlamışdılar.

Kampaniya təşkilatçılarından birini deməsinə görə, Düşənbədə bir universitetdə professorlar tələbələri sorğu-sual edərək adları öyrənməyə çalışıblar. 200-dən artıq adamın petisiyanı imzaladığı vurğulanır.

Tənqidçilər Rahmon hökumətini sistematik insan haqları pozuntuları və senzurada ittiham edirlər. 66 yaşlı Rahmon 1992-ci ildən hakimiyyətdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG