Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Tacikistanın antimonopoliya xidmətinin başçısı işdən çıxarıldı


Tacikistanda internet qiymətləri
Tacikistanda internet qiymətləri

Tacikistanın Antimonopoliya xidmətinin rəhbəri işdən azad olunub. Bundan öncə agentliyin internetin qiymətini qaldırması tənqidlərə səbəb olmuşdu.

Tacikistan Prezidentinin mətbuat xidməti aprelin 23-də bildirib ki, Sadi Qodirzoda “başqa işə keçirilməsi ilə əlaqədar” vəzifəsindən azad olunub.

Standartlaşdırma Agentliyinin sədr müavini olmuş Ikromiddin Valizoda Xidmətin yeni rəhbəri təyin olunub, mətbuat xidməti bildirir.

***

Tacik imam interneti ‘taun’ adlandırır

Tacikistanlı imam mobil internetin bahalanmasını alqışlayıb, onu “taun” xəstəliyi adlandırıb və sosial şəbəkələrdə daha az vaxt keçirməyə çağırıb.

Tanınmış tacik ruhanisi, Tacikistanda sələfilərin qeyri-rəsmi lideri sayılan Eshoni Sirojiddin 18 dəqiqəlik videomüraciətində deyir ki, “əsrin taun xəstəliyi” olan internet “əxlaqsızlıq və zina yayır, xəyanətə həvəsləndirir”.

O, hakimiyyətin mobil internetin qiymətini qaldırmasıyla bağlı sərəncamını alqışlayıb.

Ruhani dindarları hakimiyyətə tam itaət etməyə, “gözlənilməz fəsadlar verəcək provokasiyalardan çəkinməyə” çağırıb.

O, “öz dəyərli vaxtını boş-boşuna ümumdünya şəbəkəsində keçirməməyə”, sosial şəbəkələrə daha az vaxt sərf etməyə səsləyib.

Tacikistanda internetin bahalanmasına etiraz fleş mobu
Tacikistanda internetin bahalanmasına etiraz fleş mobu

İnternet iki dəfə bahalanıb

“Gözəl bacılarımı, Tacikistanın gözəl xalqını internetdə, yaxud sosial şəbəkələrdə boşuna vaxt keçirməməyə çağırıram”, – AzadlıqRadiosu-nun tacik xidməti ruhaniyə istinadla xəbər verir.

Tacikistanlı jurnalist Zafar Sufivinin versiyasına görə, videomüraciət hakimiyyətin təşəbbüsüylə yazılıb. Belə ki hakimiyyət vətəndaşların mobil internet tariflərinin bahalanmasından narazılığından bərk qorxub. Di gəl, bu halda natiq seçimi qəribədir: Tacikistanda sələfi hərəkatı 2009-cu ilin yanvarından qadağan olunub, 2014-cü ildən isə ekstremist qruplaşma elan edilib.

Ötən həftə Tacikistanda qüvvəyə minmiş yeni mobil internet tarifləri istifadəçilərin, özəlliklə gənclərin kəskin narazılığına səbəb olub. Əvvəllər 1 Gb internetin qiyməti 30-32 somonidən çox deyildi. Aprelin 18-dən isə yerli mobil operatorlar qiyməti azı 62 somoniyə (6,3 dollar) qaldırıblar. Mobil internetin bir çox istifadəçiləri üçün bu, ölkə xaricində əmək miqrasiyasında olan yaxınları, dostları ilə yeganə əlaqə vasitəsidir.

Tacikistan hakimiyyəti mobil internetin bahalanmasını “bazar məsələsi” adlandırıb. Ölkənin rabitə xidmətinin direktor müavini İlhom Atoyev deyib ki, internetin bahalanması nəticəsində adamlar “ondan daha savadlı istifadə edəcək, az oynayacaq, görmə qabiliyyətini korlamayacaq, bir-birilə daha çox ünsiyyətdə olacaq və kitab oxuyacaq”.

“Gənclərə diqqət edin, başları aşağı dikilib, daim internetdədirlər Heç nə anlamırlar, virtual dünyaya girir, geri qayıtmırlar”, – o vurğulayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG