Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:22

Bu şəxslərə 1000 və 500 manat veriləcək


İ.Əliyev

Bu gün, aprelin 23-də prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş döyüşçülərə, habelə orada həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama görə, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1000 manat birdəfəlik maddi yardım veriləcək. Həmin müharibədə həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə isə bu məbləğin yarısı (500 manat) veriləcək.

Eyni zamanda, Leninqrad şəhərinin (hazırkı Sankt-Peterburq) müdafiəsinə görə medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə şəhərinin mühasirəsində qalanlara 500 manat birdəfəlik maddi yardım veriləcək.

Sərəncamla bu birdəfəlik yardımların ödənilməsi üçün Azərbaycanın 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılacaq

Xatırlatma

1941-1945-ci illərdə İkinci Dünya müharibəsinə o vaxt SSRİ-nin tərkibində olan Azərbaycan SSR-dən 600 min şəxsin qatıldığı bildirilir. Onlardan 300 mindən çox insanın döyüşlərdə həlak olduğu qeyd olunur.

Hazırda Azərbaycanda 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş döyüşçülərdən çox az sayda insanın sağ qaldığı deyilir.

Bu il mayın 9-da faşizm üzərində qələbənin 74 ili tamam olur.

Multimedia

XS
SM
MD
LG