Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 00:23

Hindistanda yeddi mərhələli seçki başlanır


Hindistanlılar Narendra Modi-nin çıxışını dinləyir

Aprelin 11-də Hindistanda yeddi mərhələli seçkinin ilk raundu başlanıb.

Baş nazir Narendra Modi ikinci müddətə bu vəzifəyə seçilmək istəyir. O, hindu millətçi Bharatiya Janata Partiyası (BJP) üçün kampaniya aparıb, Pakistanla yaranmış gərginlikdən sonra təhlükəsizlik sahəsində qazandıqlarını önə çəkib.

Sorğuları BJP-nin öndə getdiyini göstərib. Ancaq ölkədə iqtisadi problemlər yaşanmaqdadır, işsizlik artır, ölkə vətəndaşlarının üçdə ikisinin yaşadığı kənd yerlərində gəlirlər azdır.

Əsas müxalifət Konqres partiyası BJP-ni iqtisadi problemlərdən dolayı məğlub etmək üçün regional partiyalar arasında müttəfiqlər axtarıb.

Amma rəy sorğuları məhz Pakistana qarşı sərt mövqenin BJP-yə dəstəyi artırdığını göstərib.

Pakistanda mənzillənən yaraqlı qruplaşma fevralda Kəşmirin Hindistanın nəzarətində olan hissəsində intiharçı hücumu törətdi, 40 polis əməkdaşı öldürüldü. Bundan sonra Hindistan Pakistan ərazisinə raket zərbələri endirdi.

11 aprel seçkisində təhlükəsizlik tədbirləri gücləndirilib. Belə ki, Cəmmu və Kəşmirdə son yaraqlı hücumlarında yeddi nəfər öldürülüb.

Jammu və Kəşmir aprelin 11-də səsvermə başlanan 20 ştatdan və federal regiondan biridir. Seçkinin birinci raundu 91 parlament dairəsini, 142 milyon seçicini əhatələyir.

XS
SM
MD
LG