Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 02:52

ABŞ-ın daxili təhlükəsizlik katibi istefa verir


Kirstjen Nielsen

Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Departamentinin katibi Kirstjen Nielsen tezliklə vəzifəsindən gedəcək. Açıqlamanı Prezident Donald Trump verib.

Trump aprelin 7-də Twitter-də yazıb ki, hazırda ABŞ-ın Gömrük və Sərhəd Mühafizə komissarı olan Kevin McAleenan daxili təhlükəsizlik katibinin vəzifəsini icra edəcək.

“The Associated Press” iki mənbəyə istinadla yazırdı ki, ötən həftənin sonunda ABŞ-ın Meksikayla sərhədinə səfərdən sonra Nielsen aprelin 7-də Ağ evə Trump-la danışmağa gedib.

Mənbələrin bildirməsinə görə, Birləşmiş Ştatlara keçən Latın Amerikası ailələri ilə bağlı problemləri yoluna qoymaqda digər departamentlərdən kömək ala bilməməsi Nielsonu məyus edib.

“Daxili təhlükəsizlik sahəsində islahatlarda irəliləyiş əldə etməyimizə baxmayaraq, istefaya getməyim üçün düzgün vaxtın çatdığına qərar verdim”, – Nielson ABŞ-ın Axios xəbər saytının dərc etdiyi istefa məktubunda yazır.

Trump əvvəllər Nielsonu işdən çıxarmaqla hədələyib və o, daha öncə istefaya getməyə nəzərdən keçirib.

Daxili Təhlükəsizlik Departamenti ABŞ-da 2001-ci il 11 sentyabrı terroruna cavab olaraq yaradılıb. Onun vəzifələrinə sərhəd təhlükəsizliyi, gömrük, sərhədin mühafizəsi, fövqəladə halların idarə olunması daxildir.

XS
SM
MD
LG