Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:47

Litva məhkəməsi Yazovu təqsirli bildi


Rusiya Prezidenti Vladimir Putin (sağda) və Dmitry Yazov

Litva məhkəməsi keçmiş sovet hərbi lideri və KQB zabitini hərbi cinayətlərdə və bəşəriyyət əleyhinə cinayətlərdə təqsirli bilib. Söhbət Moskvanın 1991-ci ildə bu ölkənin azadlıq hərəkatını basdırması zamanı baş verənlərdən gedir.

Martın 27-də çıxardığı qərarda, Vilnüs məhkəməsi keçmiş sovet müdafiə naziri Dmitry Yazov barəsində qiyabi olaraq 10 illik həbs cəzası çıxarıb. Keçmiş KQB zabiti Mikhail Golovatov isə qiyabi olaraq 12 illik həbsə məhkum edilib.

Üç il idi 1991-ci ilin yanvarında sovet ordusunun 14 nəfəri öldürməsi üzrə istintaq gedirdi.

Litva prokurorların həmin şəxslərin hamısının 1991-ci il yanvarın 13-də sovet desantçıları tərəfindən dövlət televiziyasının ofisində öldürüldüyünü bildirir. Həmin hadisələrdə 700-dən çox adam yaralanıb.

Litva 1990-cı ilin martında Sovet ittifaqından ayrıldığını elan etmişdi.

94 yaşlı Yazov həmin hadisələr vaxtı müdafiə naziri idi.

Bu məhkəmə qərarları Vilnüsla Moskvanın onsuz da gərgin münasibətlərini daha da gərginləşdirə bilər.

XS
SM
MD
LG